15 dekabr 2025, 13:10

İsmayıl Yusifovdan, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident!

Sizin siyasətiniz nəticəsində Azərbaycan daha da gözəlləşmiş, xalqımızın rifahı yüksəlmişdir. Qarabağda həyata keçirilən quruculuq işlərini də maraqla seyr edirik. Öz doğma yurd-yuvalarına dönən bacı-qardaşlarımızın sevinci bizə də sirayət edir, qəlbimizi dağa döndərir.

Mən, Azərbaycanın bir vətəndaşı olaraq, Sizə sonsuz minnətdarlığımı bildirirəm.

Daim ucalarda olasınız, cənab Prezident. Hər zaman Sizə dəstək olacağımızı bilməyinizi istəyirəm.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

İsmayıl Yusifov

Azərbaycan Respublikası, Bakı şəhəri.