16:20
Hörmətli Sərdar Qurbanquliyeviç,
Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü münasibətilə Sizi və qardaş xalqınızı ürəkdən təbrik edirəm.
1995-ci ilin dekabrın 12-də 185 ölkənin yekdil dəstəyi ilə BMT Baş Assambleyası tərəfindən Türkmənistanın daimi bitərəflik statusunu tanıyan qətnamənin qəbul edilməsi ölkənizin tarixinə qızıl hərflərlə həkk olunan əlamətdar hadisə idi. Bitərəflik siyasətini yürüdən ölkəniz ötən dövr ərzində bütün sahələrdə sürətlə inkişaf edərək əhəmiyyətli uğurlara imza atmışdır.
Türkmənistanın bitərəflik statusu sülhsevərlik, dialoq və qarşılıqlı hörmət prinsiplərinə söykənən xalqınızın tarixi irsinə və adət-ənənələrinə əsaslanır. Bu gün Türkmənistanın daimi bitərəflik siyasəti regionda və qlobal səviyyədə sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində vacib rol oynayır.
Biz ölkənizin bitərəflik siyasətinə daim hörmətlə yanaşırıq. Məhz bu səbəbdən Azərbaycan Respublikası həm 1995-ci, həm də 2015-ci illərdə BMT Baş Assambleyasının ölkənizin bitərəflik statusu ilə bağlı müvafiq qətnamələrinin həmmüəllifi olmuşdur.
İnanıram ki, qardaş xalqlarımızın iradəsindən qaynaqlanan Azərbaycan-Türkmənistan dövlətlərarası münasibətlərinin xoş ənənələrini yaşatmaq və möhkəmləndirmək, strateji tərəfdaşlığımızı dərinləşdirmək yolunda birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.
Belə bir əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, qardaş Türkmənistan xalqına isə daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 dekabr 2025-ci il.
Oktyabrın 10-da Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı Azərbaycan ilə Pakistan arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq münasibətlərinin inkişaf...
10 oktyabr 2026, 13:50Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alıram:
1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü və 96-cı maddələrinə uyğun olaraq,...
10 oktyabr 2026, 10:44Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. “Azərbaycan Respublikası ilə Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyası haqqında” Azərbaycan Respublikası Prez...
10 oktyabr 2026, 10:43Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1256 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 200 (C...
10 oktyabr 2026, 10:42Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb.
09 oktyabr 2026, 16:25