Bakı Dövlət Universitetinin müəllimindən, Bakı, Azərbaycan
Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan,
Çoxəsrlik dövlətçilik ənənələrinə malik olan xalqımız qətiyyətli rəhbərliyiniz altında şanlı tariximizin qızıl səhifələrindən biri olan Zəfər Gününün 5-ci ildönümünü ötən ay böyük qürur və fəxr hissi ilə qeyd etdi. Sözün əsl mənasında Azərbaycan xalqının vahidliyini təcəssüm etdirən və onun dövlətçiliyinin varisliyini təmin edən bir Lider olaraq ölkənin coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu müəyyələnləşdirməyiniz və Silahlı Qüvvələrin yenilməz Ali Baş Komandanı olaraq gərgin fəaliyyətiniz nəticəsində XXI əsrdə yeni beynəlxalq hüquqi qaydanın əsasını qoydunuz.
“Dəmir yumruq” əməliyyatı ilə fərdi özünümüdafiə hüququnun həyata keçirilməsi nəticəsində Vətən müharibəsində qazanılmış tarixi qələbə, habelə 2023-cü il sentyabrın 19-20-də uğurlu antiterror əməliyyatı 1928-ci il Brian-Kelloq paktının, BMT Nizamnaməsinin 51-ci maddəsinin və sözügedən beynəlxalq qurumun Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icrasının bariz nümunəsidir. Hərbi əməliyyatların beynəlxalq humanitar hüquq normalarına, müharibə qanun və adətlərinə riayət olunmaqla aparılması isə ölkəmizin beynəlxalq hüquqa tam sadiqliyinin nümunəsidir. Bir sözlə, şanlı Zəfər həm də beynəlxalq və regional sülh və təhlükəsizliyin təminində baza rolunu oynamışdır. Digər tərəfdən, həm də Konstitusiyanın preambulasında bəyan edilən niyyətlərdən biri kimi Azərbaycanın dövlət müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması tam təmin edilmişdir.
Bu istiqamətdə hər birimizin – istənilən Azərbaycan vətəndaşının üzərinə düşən əsas mənəvi, siyasi, hüquqi və sosial vəzifə Zəfər ruhunu yaşatmaq, mənsubiyyətindən asılı olmayaraq vətənə, dövlətə və dövlətçiliyə sədaqətlə xidmət etmək və bütün mümkün imkanlarını əsigəməməkdir.
Sizi – Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsinin banisini dövlətçiliyimizin daha da güclənməsi, şanlı Zəfərdən irəli gələn bütün sahələrdə də gələcək və davamlı qələbələrin qazanılması naminə yorulmaz fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Hörmətlə,
Elnur Aslanov
Bakı Dövlət Universiteti “Beynəlxalq ümumi hüquq” kafedrasının müəllimi
Azərbaycan Respublikası, Bakı şəhəri.