11 dekabr 2025, 13:22
Ramal Vəliyevdən, İsmayıllı, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan.
Mən, müasir müstəqil Azərbaycanın bir vətəndaşı, kiçik sahibkar olaraq, Sizə sonsuz minnətdarlığımı bildirirəm.
Cənab Prezident, keçdiyiniz bu çətin və şərəfli yolda Sizə daim dəstək olacağımızı bilməyinizi istəyirəm. Arzu edirəm ki, hər zaman belə qətiyyətli və gümrah olasınız. Azərbaycan xalqının Sizə daim ehtiyacı var.
Sizə “İlhamla irəli” devizi ilə “Dəmir yumruq” kimi möhkəm cansağlığı arzulayırıq. Uca Tanrı yar və yardımçınız olsun!
Hörmətlə,
Ramal Vəliyev
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.