Kənd təsərrüfatı təyinatlı torpaqlarda inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma QAYDALARI

05 dekabr 2025, 16:44

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il

5 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir.

 

1. Ümumi müddəalar

 

1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Torpaq Məcəlləsinə, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkili məqsədilə inşa edilməsi və ya quraşdırılması nəzərdə tutulan müvəqqəti tikililər barədə məlumatlandırma mexanizmini (vahid uçotun aparılmasını) müəyyən edir.

1.2. Kənd təsərrüfatının səmərəli təşkil edilməsi məqsədilə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisi (onun yazılı razılığı ilə istifadəçisi və ya icarəçisi) (bundan sonra – sifarişçi) Bakı şəhərinin, həmçinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsini, digər inzibati ərazi vahidlərində isə yerli icra hakimiyyəti orqanlarını (bundan sonra – məlumatlandırılan orqan) bu Qaydalara uyğun olaraq məlumatlandırmaqla, kənd təsərrüfatı təyinatlı torpaqlarda Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.16-cı maddəsinin tələblərinə uyğun müvəqqəti tikililər, yəni torpaq üzərində yerləşdirilən, qısa müddətdə, o cümlədən tikinti müddətində istifadə üçün nəzərdə tutulan, yüngül inşaat konstruksiyalarından inşa edilən və asanlıqla quraşdırılıb-sökülən tikili inşa edə və quraşdıra bilər.

1.3. Bu Qaydaların məqsədləri üçün istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. asanlıqla quraşdırılıb-sökülən tikili – xüsusi təyinatlı texnika cəlb edilmədən quraşdırılıb-sökülən tikili;

1.3.2. qısa müddət – mövsümi və ya sifarişçinin müraciətində göstərdiyi müddət (5 ildən çox olmamaq şərtilə);

1.3.3. torpaq üzərində yerləşdirilən tikili – torpaqla beton əsaslı bağlılığı olmayan və ya ayrı-ayrı duran dirəkaltı (dəmir-beton olmayan) bünövrələr üzərində quraşdırılan tikili;

1.3.4. yüngül inşaat konstruksiyalarından inşa edilən tikili – karkası ağac və ya divar qalınlığı 8 millimetrə qədər olan polad dirək və tirlərdən, habelə divarları və arakəsmələri metal, ağac və ya plastik lövhələrdən ibarət tikili.

1.4. Kənd təsərrüfatı təyinatlı torpaqlarda müvəqqəti tikililər kənd təsərrüfatına dair texnika, avadanlıq, ot, yem, dərman (zəhərli kimyəvi maddələrin saxlanması istisna olmaqla) və digər vasitələrin müvəqqəti saxlanması, çoban evləri, yataqlar, habelə işçilərin (personalın) istirahəti, sanitariya-gigiyenası və digər məqsədlər üçün inşa edilir.

1.5. Müvəqqəti tikilinin tikinti sahəsi 300 kvadratmetrdən, hündürlüyü 5 metrdən, aşırımlarının uzunluğu 6 metrdən çox olmamalıdır.

 

2. Müvəqqəti tikililərə dair təqdim edilən sənədlər

 

2.1. Sifarişçi müvəqqəti tikili inşa etmək üçün həmin tikilinin istifadə ediləcəyi müddəti göstərməklə, məlumatlandırılan orqana şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi (bundan sonra – sistem) vasitəsilə məlumat verir.

2.2. Sifarişçi məlumata aşağıdakı sənədləri əlavə edir:

2.2.1. sifarişçi fiziki şəxs – olduqda şəxsiyyətini təsdiq edən sənədi, hüquqi şəxs olduqda – hüquqi şəxslərin dövlət reyestrindən çıxarışı;

2.2.2. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədi;

2.2.3. sifarişçi mülkiyyətçi olmadığı halda, tikintiyə mülkiyyətçinin yazılı razılığını;

2.2.4. müvəqqəti tikilinin təyinatı, sahəsi, hündürlüyü və aşırımlarının uzunluğu, habelə karkas və divarlarının materialının növü, torpaq üzərində yerləşdirmə üsulu göstərilməklə tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planının bölmələrini.

2.3. Bu Qaydaların 2.2-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi (bundan sonra – EHİS) vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər sifarişçidən tələb edilmir. Belə sənədlərin EHİS vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi sifarişçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya sifarişçi tərəfindən təmin edilir.

2.4. Müvəqqəti tikilinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələri bu Qaydaların 1.2–1.5-ci bəndlərində müəyyən edilən tələblərə uyğun tərtib olunmalıdır.

 

3. Müvəqqəti tikililərə dair məlumatlandırma mexanizmi üzrə tədbirlər

 

3.1. Məlumatlandırılan orqan müvəqqəti tikili barədə bu Qaydaların 2-ci hissəsinə uyğun olaraq sifarişçi tərəfindən təqdim edilən məlumatların və sənədlərin sistem vasitəsilə EHİS üzərindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə ötürülməsini təmin edir.

3.2. Müvəqqəti tikilinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarətin həyata keçirilməsi məqsədilə məlumatlandırılan orqan bu Qaydaların 2-ci hissəsinə uyğun olaraq sifarişçi tərəfindən təqdim edilən məlumatların və sənədlərin sistem vasitəsilə EHİS üzərindən Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə ötürülməsini təmin edir.

3.3. Müvəqqəti tikililərin vahid uçotunu aparmaq məqsədilə məlumatlandırılan orqan bu Qaydaların 2-ci hissəsinə uyğun olaraq sifarişçi tərəfindən təqdim edilən məlumatları və sənədləri elektron qaydada Tikintilərin Dövlət reyestrinə (bundan sonra – Reyestr) ötürür.

3.4. Reyestri aparan orqan müvəqqəti tikililər barədə təqdim olunmuş sənədləri və məlumatların tamlığını 3 (üç) iş günü müddətində təhlil etdikdən sonra Reyestrdə uçota alır.

3.5. Bu Qaydaların 2.2-ci bəndinə uyğun olaraq Reyestrə daxil edilən sənədlər tam olmadıqda, tikinti obyekti Reyestrdə qeydə alınmır və bu barədə 3 (üç) iş günü müddətində məlumatları təqdim etmiş məlumatlandıran orqana və sifarişçiyə sistem vasitəsilə məlumat göndərilir. Bütün natamamlıqlar eyni zamanda bildirilməlidir. Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri sifarişçiyə izah olunur. Sifarişçi məlumatı aldığı andan çatışmayan sənədləri 5 (beş) iş günü müddətində Reyestrə daxil edilməsi üçün məlumatlandıran orqana təqdim edir. Məlumatlandıran orqan tam tərkibdə təqdim edilmiş sənədləri dərhal Reyestrə ötürür.

3.6. Müvəqqəti tikililərə dair məlumatlar Reyestrdə uçota alındıqdan sonra bu barədə sifarişçiyə sistem vasitəsilə dərhal bildiriş göndərilir. Bildiriş sistemə yerləşdirildikdən sonra sifarişçinin tikinti işlərinə başlamaq hüququ yaranır.

3.7. Bu Qaydaların 2.1-ci bəndində nəzərdə tutulan məlumatda qeyd olunan müvəqqəti tikilinin istifadə müddəti başa çatdığı andan 3 (üç) iş günü ərzində həmin tikili sifarişçi tərəfindən sökülməlidir. Müvəqqəti tikili müraciətdə nəzərdə tutulmuş müddətdən əvvəl sifarişçi tərəfindən sökülə bilər. Sifarişçi müvəqqəti tikilinin söküntüsü barədə məlumatlandırılan orqana sistem vasitəsilə 10 (on) iş günü müddətində məlumat verməlidir.

3.8. Bu Qaydaların 3.7-ci bəndinə əsasən söküntü barədə məlumat verildiyi andan məlumatlandırılan orqan müvəqqəti tikilinin uçotdan çıxarılması üçün bu məlumatı dərhal Reyestrə və bu Qaydaların 3.1-ci bəndində qeyd olunan orqanlara ötürür.

SƏNƏDLƏR Fərmanlar 16 yanvar 2026
17:04
“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 30 dekabr tarixli 332-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi...

16 yanvar 2026, 17:04
SƏNƏDLƏR Qanunlar 16 yanvar 2026
17:03
Azərbaycan Respublikasının Əmək Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Vergi Məcəlləsində, Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində, “Həmkarlar ittifaqları haqqında”, “Sosial sığorta haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında”, “Narkoloji xidmət və nəzarət haqqında”, “Gənclər siyasəti haqqında”, “Yaşayış minimumu haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Məşğulluq haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 5-ci, 7-ci, 11-ci, 15-ci, 16-cı və 18-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Əmək...

16 yanvar 2026, 17:03
SƏNƏDLƏR Sərəncamlar 16 yanvar 2026
17:02
Ə.S.Cəlilovun “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Əfqan Süleyman oğlu Cəlilov “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri təyin...

16 yanvar 2026, 17:02
SƏNƏDLƏR Sərəncamlar 16 yanvar 2026
17:01
R.G.Vəliyevin “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Rauf Göyüş oğlu Vəliyev “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri vəzifəsindən azad...

16 yanvar 2026, 17:01
SƏNƏDLƏR Fərmanlar 15 yanvar 2026
15:01
“Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 321-VIIQD nömrəli Qanununun tətbiqi və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 may tarixli 711 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23...

15 yanvar 2026, 15:01
SƏNƏDLƏR Fərmanlar 15 yanvar 2026
14:59
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 23 dekabr tarixli 322-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi...

15 yanvar 2026, 14:59
SƏNƏDLƏR Qanunlar 15 yanvar 2026
14:58
“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:

“Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında”...

15 yanvar 2026, 14:58
SƏNƏDLƏR Qanunlar 15 yanvar 2026
14:57
Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Nəqliyyat haqqında” və “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 13-cü və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Mülki Məcəlləsində...

15 yanvar 2026, 14:57
SƏNƏDLƏR Qanunlar 15 yanvar 2026
14:56
“Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 2024-cü il 13 dekabr tarixli 90-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 11-ci, 13-cü, 15-ci, 24-cü, 25-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Minatəmizləmə...

15 yanvar 2026, 14:56