08 dekabr 2025, 13:57

Əsgər Məmmədovdan, İsmayıllı, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizdə həyata keçirilən ardıcıl inkişaf strategiyası, dövlət idarəçiliyində sistemli islahatlar və regional layihələrin icrası nəticəsində Azərbaycan son illər böyük tərəqqi yolu keçmişdir. Xüsusilə bölgələrdə aparılan infrastruktur quruculuğu, sosial layihələrin genişləndirilməsi və əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər cəmiyyət tərəfindən yüksək qiymətləndirilir. Regional inkişaf proqramlrının icrası nəticəsində ölkənin hər bir guşəsində müasir infrastruktur formalaşır. Kənd və qəsəbələrin siması yenilənir, insanların gündəlik həyat şəraitinin yaxşılaşdırılması üçün zəruri tədbirlər həyata keçirilir. Bu layihələr həm sosial rifaha müsbət təsir göstərir, həm də uzunmüddətli dayanıqlı inkişafın əsasını möhkəmləndirir.

Cənab Prezident, Sizinlə daha böyük uğurlara imza atacağımıza inanırıq. Bu yolda Sizinləyik.

Hörmətlə,

Məmmədov Əsgər Hacı oğlu

Azərbaycan Respublikası, İsmayıllı rayonu, Qoşakənd kəndi.