Şəhidin həyat yoldaşından, Abşeron, Azərbaycan
Xalqımızın böyük oğlu, nadir tarixi şəxsiyyət Heydər Əliyevin layiqli davamçısı, dünyada böyük nüfuza sahib Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız!
Sizin qətiyyətli mövqeyiniz, tutduğunuz yol bütöv Azərbaycanımız üçün öz sözünü dedi. Azərbaycan xalqı işğalda olan bütün torpaqlarının sahibinə çevrildi.
Azərbaycanın artan iqtisadi qüdrəti, yüksələn nüfuzu, güclü Ordusu və ən əsası qətiyyətli, iradəli Ali Baş Komandanı sayəsində biz dünyada qalib ölkə olduq. Bu Zəfərin əldə olunması yolunda qanını, canını Vətənə fəda edən oğullarımıza, şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyirəm.
Zəfər tarixinin 5 illiyinin möhtəşəm qeyd olunması, şəhidlərimizin hər il qürurla anılması çox təqdirəlayiq və qürurvericidir.
Möhtərəm Prezidentimiz, Sizin bizə – şəhid ailələrinə göstərdiyiniz diqqət və qayğı bizim üçün əvəzolunmazdır. Biz qürurluyuq. Çünki, Sizin kimi müqəddəs amalın daşıyıcısı bizimlədir.
Yaşasın müstəqil bütöv Azərbaycan!
Həmişə var olasınız, Müzəffər Ali Baş Komandan!
Hörmətlə,
Musayeva Pərvin Elçin qızı,
Şəhidin həyat yoldaşı
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.