13:53
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin e...
07 sentyabr 2026, 13:53Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 14-cü bəndlərini rəhbər tutaraq, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 126 (Cild I); 2024, № 5 (l kitab), maddə 484, № 6 (I kitab), maddə 637, № 7, maddələr 763, 765, 769, 772; 2025, № 2, maddə 98, № 4 (I kitab), maddə 322, № 6, maddə 523) 51.7-ci maddəsinə “(qurum)” sözündən sonra “, habelə qəyyumluq və himayəçilik orqanı” sözləri əlavə edilsin.
Maddə 2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 4 (I kitab), maddə 250 (Cild I); 2024, № 2, maddə 138, № 4, maddə 365, № 5 (I kitab), maddə 493, № 7, maddə 744, № 12 (I kitab), maddə 1281; 2025, № 1, maddə 17, № 3, maddə 216, № 4 (I kitab), maddələr 315, 318, № 6, maddələr 523, 524, 536, № 7, maddələr 610, 626, № 8, maddələr 738, 741, 743, 744) 35.1-ci maddəsinin üçüncü cümləsindən “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş” sözləri çıxarılsın.
Maddə 3. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 8, maddə 477 (Cild I); 2024, № 5 (I kitab), maddə 501, № 12 (II kitab), maddə 1336; 2025, № 4 (I kitab), maddələr 310, 322, № 6, maddə 523) 7-ci maddəsinin altıncı hissəsində “olan” sözü “olmuş” sözü ilə, “özəlləşdirilmə” sözü “özəlləşdirmə” sözü ilə əvəz edilsin.
Maddə 4. “Yetkinlik yaşına çatmayanların baxımsızlığının və hüquq pozuntularının profilaktikası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, № 8, maddə 681 (Cild I); 2024, № 1, maddə 3; 2025, № 2, maddə 98, № 6, maddə 523) 9.0-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
4.1. 9.0.4-cü maddədə “müvafiq” sözü “aidiyyəti” sözü ilə əvəz edilsin;
4.2. 9.0.5-ci maddədə “cəzaçəkmə müəssisəsindən, açıq və ya” sözləri “tərbiyə müəssisələrindən, açıq və” sözləri ilə əvəz edilsin;
4.3. 9.0.8-ci maddəyə “intizam” sözündən əvvəl “bu maddədə nəzərdə tutulmayan digər” sözləri əlavə edilsin.
Maddə 5. “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 7, maddə 710 (Cild I); 2025, № 6, maddə 523) 5.2-ci maddəsində “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının qorunması” sözləri “Uşaq hüquqlarının müdafiəsi” sözləri ilə əvəz edilsin.
Maddə 6. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 6, maddə 481 (Cild I); 2024, № 6 (I kitab), maddə 631) 11.5-ci maddəsinin ikinci cümləsində və 12.0.2-ci maddəsində “müvafiq icra hakimiyyəti” sözləri “qəyyumluq və himayəçilik” sözləri ilə əvəz edilsin.
Maddə 7. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 597 (Cild I); 2024, № 1, maddə 14; 2025, № 1, maddə 1, № 5, maddə 438) 26-cı maddəsində aşağıdakı dəyişikliklər edilsin:
7.1. 26.3-cü maddədə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri “qəyyumluq və himayəçilik orqanının” sözləri ilə əvəz edilsin;
7.2. 26.4-cü və 26.5-ci maddələrdə “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma)” sözləri “qəyyumluq və himayəçilik orqanına” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 oktyabr 2025-ci il.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Osman İsmayıl oğlu Xaliyev Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri təyin e...
07 sentyabr 2026, 13:53Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Fəxri Xanhüseyn oğlu Kazımov Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondu İdarə Heyətinin sədri vəzifəsi...
07 sentyabr 2026, 13:52Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının beynəlxalq elmi və humanitar əməkdaşlığının möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə Əziz Səncər “...
07 sentyabr 2026, 13:51Sentyabrın 7-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Telefon danışığı zamanı dövlət başçıları iqtisadi-ticari və humanitar əməkdaşlığın bir sıra aktual məsələlərini müzakirə ediblər.
İkitərəfl...
07 sentyabr 2026, 13:10
Əlahəzrət,
Esvatini Krallığının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Hazırda Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişaf etdirilməsi üçün yaxşı ...
06 sentyabr 2026, 11:25Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Anar Keykavus oğlu Əcəmov Azərbaycan Respublikasının Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham Əliyev
Azər...
04 sentyabr 2026, 15:03Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:
Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham Əliyev
... 04 sentyabr 2026, 15:02Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın Baş naziri Ciorcia Melonini ən uzun müddət vəzifədə olması münasibətilə təbrik edib.
Bu barədə dövlətimizin başçısının “X” sosial şəbəkə hesabında paylaşım edilib.
“İtaliya Respublikasının tarixində ən uzu...
04 sentyabr 2026, 09:30Zati-aliləri,
San Marino Respublikasının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir və ən xoş arzularımı çatdırıram.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, məsul fəaliyyətini...
03 sentyabr 2026, 11:11