28 noyabr 2025, 16:30

Aqil Fərəcovdan, Yasamal, Azərbaycan

Cənab Prezident,

Mən ötən həftə Ümrə ziyarəti üçün getdiyim Məkkə və Mədinə şəhərlərində fərqli xalqların nümayəndələrinin Azərbaycan adını duyar-duymaz verdikləri reaksiya ilə əlaqədar xoş fikirlərimi çatdırmaq istəyirəm. Xüsusilə, Qarabağdakı məscidləri bərpa etdiyinizə, o yerləri yenidən İslam yurdu etdiyinizə görə Sizə dualar edirlər. Səudiyyə Ərəbistanı vətəndaşlarının Sizinlə bağlı dedikləri xoş sözlər, Sizi böyük şövqlə Müzəffər Ali Komandan adlandırmaları bir Azərbaycan vətəndaşı olaraq məni qürurlandırdı.

Allah Sizi qorusun, cənab Prezident.

Hörmətlə,

Aqil Fərəcov

Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu.