“Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli 265-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

28 noyabr 2025, 15:37

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli 265-VIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qərara alıram:

1. Müəyyən edilsin ki:

1.1. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 11.5-ci maddəsinin ikinci cümləsində və 12.0.2-ci maddəsində “qəyyumluq və himayəçilik orqanı” dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar nəzərdə tutulur;

1.2. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 26.3–26.5-ci maddələrində “qəyyumluq və himayəçilik orqanı” dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 113-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 10 oktyabr tarixli 265-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. “Azərbaycan Respublikasının Ailə Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 6 mart tarixli 297 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 3 (I kitab), maddə 164 (Cild I); 2024, № 6 (I kitab), maddə 655, № 7, maddə 812, № 8, maddə 956; 2025, № 6, maddə 542) 2.15-ci bəndində “, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar və yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları” sözləri “və uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar” sözləri ilə əvəz edilsin.

4. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609 (Cild I); 2024, № 7, maddə 790; 2025, № 6, maddə 542, № 8, maddə 746) 3.2-1-ci bəndində “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həyata keçirir” sözləri “himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar həyata keçirirlər” sözləri ilə əvəz edilsin.

5. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 20 aprel tarixli 414 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 4, maddə 283 (Cild I) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

5.1. 1.2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“1.2. həmin Qanunun 11.5-ci maddəsinin ikinci cümləsində və 12.0.2-ci maddəsində “qəyyumluq və himayəçilik orqanı” dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar nəzərdə tutulur;”;

5.2. 1.3-cü bənd ləğv edilsin.

6. “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 4, maddə 607 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

6.1. 2.1-ci bənddə “26.3‒26.6-cı” sözləri “26.6-cı” sözləri ilə əvəz edilsin;

6.2. 2.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

“2.3. həmin Qanunun 26.3–26.5-ci maddələrində “qəyyumluq və himayəçilik orqanı” dedikdə himayədar ailəyə verilmiş uşaqlara, habelə Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyalar nəzərdə tutulur.”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 noyabr 2025-ci il

SƏNƏDLƏR Fərmanlar 16 mart 2026
15:34
“Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 364-VIIQD nömrəli Qanununun tətbiqi və Azərbaycan Respublikası Prezidentinin “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 19 avqust tarixli 750 nömrəli Fərmanında dəyişiklik edilməsi, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında” 2001-ci il 4 iyul tarixli 526 nömrəli Fərmanının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və32-ci bəndlərini rəhbər tutaraq, “Kinematoqrafiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27...

16 mart 2026, 15:34
SƏNƏDLƏR Fərmanlar 16 mart 2026
15:32
“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

PDF yükləyin

16 mart 2026, 15:32
SƏNƏDLƏR Qanunlar 16 mart 2026
15:31
Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci, 17-ci və 25-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində...

16 mart 2026, 15:31
SƏNƏDLƏR Sərəncamlar 16 mart 2026
12:30
Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsinin bərpası və konservasiyası işlərinə vəsait ayrılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, XII əsr Azərbaycan memarlığının görkəmli nümunəsi olan Möminə xatun türbəsinin kompleks bərpası və konservasiyası işlərinin davam etdirilməsi...

16 mart 2026, 12:30
SƏNƏDLƏR Sərəncamlar 16 mart 2026
10:30
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət...

16 mart 2026, 10:30
SƏNƏDLƏR Fərmanlar 13 mart 2026
18:06
Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 30 dekabr tarixli 1956 nömrəli Fərmanı ilə təsdiq edilmiş “AYNA” informasiya sistemi haqqında Əsasnamə”də və 2025-ci il 12 avqust tarixli 472 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron Hökumət İnformasiya Sistemi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət...

13 mart 2026, 18:06
SƏNƏDLƏR Fərmanlar 13 mart 2026
18:05
“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart tarixli 374-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 mart...

13 mart 2026, 18:05
SƏNƏDLƏR Qanunlar 13 mart 2026
18:03
Azərbaycan Respublikasının Mülki Məcəlləsində və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (Azərbaycan...

13 mart 2026, 18:03
SƏNƏDLƏR Fərmanlar 12 mart 2026
14:52
“Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında hökumət təcrübələrinin mübadiləsi üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”nun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il fevralın 4-də Dubay şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri...

12 mart 2026, 14:52