Xəyal Abdullayevdən, Naftalan, Azərbaycan
Möhtərəm cənab Prezident!
44 günlük Vətən müharibəsində qazandığımız möhtəşəm qələbə Azərbaycan tarixinin ən parlaq səhifələrindən biridir. Bu Zəfər torpaqlarımızın işğaldan azad olunmasının nəticəsi olmaqla yanaşı, xalqımızın milli ruhunu, birliyini və dövlətçiliyinə sarsılmaz sədaqətini bütün dünyaya nümayiş etdirmişdir. Ali Baş Komandan kimi Sizin rəhbərliyiniz, müdrik qərarlarınız və xalq-iqtidar-ordu birliyinin təntənəsi sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Bu gün dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası onilliklər boyu davam edən işğal probleminin ədalətli həll olunması, sülhün və təhlükəsizliyin təmin edilməsi bütün azərbaycanlılarda dərin minnətdarlıq və iftixar hissi doğurur.
Bu tarixi nəaliyyətlər ilə əlaqədar Naftalan şəhər İmadəddin Nəsimi adına 1 saylı tam orta məktəbin müəllim kollektivi adından Sizə bir daha təşəkkürümüzü bildirir, xalqımıza bəxş etdiyinz bu böyük qürur və şərəf hissi üçün dərin ehtiramımızı ifadə edirik.
Cənab Prezident, Sizə yorulmaz fəaliyyətinizdə yeni zəfərlər diləyirik.
Xəyal Abdullayev
Azərbaycan Respublikası, Naftalan şəhəri.