27 noyabr 2025, 15:50

Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası Vahimə Teymurovadan, Astara, Azərbaycan

Hörmətli cənab Prezident,

Doqquz il intizarla gözlədiyimiz şərəfi – oğlum Pəncəli Teymurovu Aprel döyüşlərində göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı ilə təltif etdiyinizə görə özümün və ailə üzvlərimin adından Sizə dərin təşəkkürümüzü və minnətdarlığımızı bildirirəm.

Şəhid ailələrinə göstərdiyiniz qayğı və diqqət xalqımız tərəfindən yüksək qiymətləndirilir.

Allah Sizi başımızın üstündən heç vaxt əskik etməsin!

Sizə uzun ömür, cansağlığı arzu edirəm.

Hörmətlə,

Teymurova Vahimə, Azərbaycanın Milli Qəhrəmanı Pəncəli Teymurovun anası.

Azərbaycan Respublikası, Astara rayonu.