26 noyabr 2025, 13:00
Firuz Adıgözəlovdan, Bakı, Azərbaycan
Möhtərəm Prezident, cənab Ali Baş Komandan,
Sizin rəhbərliyinizlə ölkəmizdə aparılan ardıcıl islahatlar öz müsbət nəticələrini verir. Xalqımızın rifahının yüksəldilməsi, dövlətimizin güclənməsi və qüdrətlənməsi istiqamətində gördüyünüz genişmiqyaslı işlərə görə Sizə minnətdarlığımı ifadə edirəm.
Əziz Prezidentimiz, Sizin tərəfinizdən göstərilən davamlı diqqət və qayğı bizə əlavə ruh yüksəkliyi verir və gələcək fəaliyyətimiz üçün mühüm stimul yaradır. Sizə möhkəm cansağlığı, uzun ömür və fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
Firuz Adıgözəlov
Azərbaycan Respublikası, Bakı şəhəri.