26 noyabr 2025, 15:10
İbrahim Şıxməmmədovdan, Balakən, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin rəhbərliyinizlə doğma Azərbaycanımızın inkişaf yolunda qazandığı nailiyyətlər xalqımızda böyük fəxr və qürur hissi doğurur. Dövlətimizin və dövlətçiliyimizin möhkəmləndirilməsi, ölkəmizin beynəlxalq nüfuzunun artırılması, iqtisadi gücünün, hərbi qüdrətinin daha da yüksəldilməsi yolunda görülən işlər bu günün uğurları və gələcək xoşbəxt həyat üçün təməl daşıdır.
Sizin həyata keçirdiyiniz ardıcıl və məqsədyönlü siyasət hər bir vətəndaşın gələcəyə inamını daha da artırmışdır. Hər zaman Sizi dəstəkləyirik.
Sizə inamımız və güvənimiz sonsuzdur, cənab Prezident!
Hörmətlə,
İbrahim Şıxməmmədov
Azərbaycan Respublikası, Balakən rayonu, Qullar kəndi.