25 noyabr 2025, 18:31

Mərdan Hüseynovdan, Masallı, Azərbaycan

Möhtərəm cənab Prezident!

Sizin qayğı və diqqətiniz sayəsində respublikamızın hər bir yerində olduğu kimi Masallı rayonunda da gündən-günə inkişaf sürətlənir. Azərbaycanın bölgələrinə, eləcə də xaricə ölkələrə səfərləriniz ürəyimizi açır. Xalq olaraq Sizi alqışlayırıq.

Əziz Prezidentimiz, Siz istəyirsiniz ki, bütün dünyanın insanları sülh və əmin-amanlıq şəraitində yaşasın. Sizin qonşu Ermənistana təklif etdiyiniz sülh də bu ali məramdan qaynaqlanır.

Ölkəmizin bölgələrinə olan diqqətiniz əvəzsizdir. Yaşadığımız Masallı rayonu da gündən-günə çiçəklənir. Yeni asfalt yollar çəkilir, əhalinin sosial rifahı yüksəlir, güzəranımız yaxşılaşır.

Cənab Prezident, bütün bunlara görə Sizə dönə-dönə minnətdarlıq edir, möhkəm can sağlığı və çətin dövlət işlərinizdə uğurlar arzulayıram.

Allah Sizi qorusun.

Hörmətlə,

Hüseynov Mərdan Əzizağa oğlu

Azərbaycan Respublikası, Masallı rayonu, Şıxlar kəndi.