24 noyabr 2025, 18:00

Samir Cəfərovdan, Bakı, Azərbaycan

Möhtərəm cənab Prezident.

Sizi ən dərin hörmət və ehtiramla salamlayıram. Azərbaycanın bu gün əldə etdiyi möhtəşəm nailiyyətlər, dövlətçiliyimizin güclənməsi, xalqımızın rifahının yüksəlməsi və ölkəmizin beynəlxalq nüfuzunun artması Sizin həyata keçirdiyiniz müdrik, uzaqgörən, qətiyyətli siyasətin bəhrəsidir.

Cənab Prezident, Sizin rəhbərliyinizlə Azərbaycan bütün sahələrdə misilsiz inkişaf yoluna qədəm qoymuş, xüsusilə də Qarabağın işğaldan azad olunması və ərazi bütövlüyümüzün bərpası ilə dövlət tarixinin ən şərəfli səhifələrindən biri yazılmışdır. Azərbaycan bu gün regionun ən güclü dövlətinə çevrilmişdirsə, bunun arxasında Sizin əzmkar, sarsılmaz siyasi iradəniz dayanır.

Hörmətli Mehriban xanımın humanitar fəaliyyəti, sosial qayğı proqramları, elm, təhsil, mədəniyyət və səhiyyə sahələrində həyata keçirilən layihələr yüz minlərlə insanın həyatına nur gətirmiş, ölkəmizin mənəvi simasını daha da ucaltmışdır. Sizin xeyirxah missiyanız Azərbaycan üçün böyük dəyərdir.

Bir sözlə Sizlərin fədakarlığı və Vətənə sədaqəti sayəsində Azərbaycan daha möhkəm, daha güclü, daha etibarlı gələcəyə doğru irəliləyir. Bu gün Azərbaycan xalqı əmindir ki, dövlətimizin taleyi etibarlı əllərdədir.

Uca Tanrıdan Sizə və ailənizə möhkəm cansağlığı, uzun ömür, uğurlar arzulayıram. Allah dövlətimizi, ordumuzu, ölkəmizi və xalqımızı qorusun. Bayrağımız hər zaman uca, Azərbaycanın yolu açıq olsun.

Dərin hörmətlə,

Cəfərov Samir Rəhim oğlu.

Azərbaycan Respublikası, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi.