İlham Əliyev Norveçin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

14 yanvar 2013, 15:00
İlham Əliyev  Norveçin xarici işlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir

Prezident İlham Əliyev Norveç Krallığının xarici işlər naziri Espen Bart Eidenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir.

Xarici işlər naziri Espen Bart Eide Norveç Krallığının vəliəhdi Hookonun salamlarını dövlətimizin başçısına çatdırdı. Nazir Norveçin “Statoil” şirkətinin uzun müddət Bakıda fəaliyyət göstərməsini əməkdaşlığımızın yaxşı nümunəsi kimi dəyərləndirdi. İkitərəfli münasibətlərimizin möhkəm bünövrəsi olduğunu deyən qonaq ölkələrimiz arasında tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük imkanların mövcudluğunu vurğuladı.

Dövlət başçısı Norveç Krallığının vəliəhdi Hookon ilə görüşünü məmnunluqla xatırladı. Prezident İlham Əliyev ölkəmizin beynəlxalq neft şirkətləri ilə əməkdaşlığının ilkin mərhələsində Norveçin “Statoil” şirkətinin ilk regional nümayəndəliyinin Bakıda fəaliyyətə başlamasının önəmini qeyd etdi. Prezident İlham Əliyev hazırda ölkələrimiz arasında əlaqələrin daha da inkişafı ilə bağlı məsələlər ətrafında işlərin uğurla davam etdirildiyini vurğuladı.

Görüşdə Azərbaycan Respublikası ilə Norveç Krallığı arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində inkişafından məmnunluq ifadə olundu, əməkdaşlığımızın gələcəkdə daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu qeyd edildi. Dövlətimizin başçısı Norveç Krallığının vəliəhdi Hookonun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını vəliəhd Hookona çatdırmağı xahiş etdi.

SƏNƏDLƏR Fərmanlar 30 aprel 2025
16:53
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 yanvar tarixli 724 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası...

30 aprel 2025, 16:53
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:09
Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 iyun tarixli 3910 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında”...

29 aprel 2025, 16:09
SƏNƏDLƏR Sərəncamlar 29 aprel 2025
16:07
Azərbaycan Respublikasının bəzi səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi ilə bağlı əlavə tədbirlər və “Azərbaycan Respublikasının bəzi xarici ölkələrdəki səfirliklərində təhsil məsələləri üzrə müşavir vəzifəsinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 mart tarixli 2093 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında təhsilalma imkanlarının təbliğini və xarici dövlətlərlə təhsil sahəsində əməkdaşlığın inkişaf etdirilməsini,...

29 aprel 2025, 16:07
SƏNƏDLƏR Fərmanlar 29 aprel 2025
12:11
Azərbaycan Respublikası Prezidentinin “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli 486-VIQD nömrəli Qanununun tətbiqi və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 773 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2022-ci il 8 aprel tarixli 1658 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Qaz təchizatı sahəsində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan...

29 aprel 2025, 12:11