29 oktyabr 2025, 14:25

Məmmədovlar ailəsi adından, Abşeron, Azərbaycan

Hörmətli cənab Prezident.

Mən, bu məktubu, həyat yoldaşımın sağlamlığı ilə bağlı yaşadığımız hadisəyə görə yazıram. Ölkəmizin səhiyyə sisteminə göstərilən diqqət və qayğıya görə Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm.

Mənim həyat yoldaşım sovet dövründən idmanla məşğul olan, sağlam həyat tərzi keçirən, pis vərdişlərdən uzaq bir insandır. Lakin bir müddət öncə səhhətində yaranan narahatlıq səbəbindən tibbi müayinədən keçərkən, vərəm xəstəliyinə yoluxduğunu öyrəndik. Bu xəbər ailəmiz üçün çox ağır və sarsıdıcı oldu. Yoldaşım Saray qəsəbəsində yerləşən modul tipli xəstəxanaya yerləşdirildiyi gündən etibarən, əlverişli şəraitin, təmizliyin, xəstələrə göstərilən diqqət və qayğının şahidi oldum.

Hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə səhiyyə sisteminin inkişafı və xalqımızın sağlamlığına göstərilən diqqət biz vətəndaşlara inam, güvən və qürur hissi bəxş edir. Allah Sizi və ailənizi qorusun.

Azərbaycan xalqı Sizinlə fəxr edir.

Məmmədovlar ailəsi adından hörmətlə,

Məmmədova Sevil.

Azərbaycan Respublikası, Abşeron rayonu, Saray qəsəbəsi.