27 oktyabr 2025, 14:00

Tahir Abbasovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Bu gün ölkəmizdə dinamik inkişafın şahidiyik. Sosial və iqtisadi sahələrin inkişafı ilə yanaşı, vətəndaşlara xidmət və onların müraciətləri ilə iş sahəsində müsbət dəyişikliklər vardır. Xüsusilə, Sizin tapşırıq və göstərişləriniz əsasında, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işi xeyli yaxşılaşdırılmışdır. Dövlət qurumlarının vəzifəli şəxslərinin bölgələrdə vətəndaşları qəbul edib dinləməsi müsbət nəticələr verir. Bu günlərdə Gəncə şəhərində keçirilən belə qəbullardan birində şəhərimizin və ətraf rayonların onlarca sakini iştirak edirdi. Qəbulda vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi öz həllini tapdı, digərlərinin həlli ilə əlaqədar müvafiq tədbirlər görülür. Bu, vətəndaşların Azərbaycan dövlətinə, onun rəhbərinə olan inam və məhəbbətini daha da artırır.

Cənab Prezident, həm Sizə, həm də Sizin tapşırıqlarınıza uyğun olaraq vətəndaşlara layiqli xidmət göstərən şəxslərə öz dərin minnətdarlığımı bildirir, işlərinizdə hər zaman uğurlar arzulayıram.

Hörmətlə,

Tahir Abbasov

Azərbaycan Respublikası, Gəncə şəhəri.