Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının görüşü keçirilmişdir

14 sentyabr 2010, 16:30
Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanın dövlət və hökumət başçılarının görüşü keçirilmişdir

Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin, Rumıniya Prezidenti Trayan Beseskunun, Gürcüstan Prezidenti Mixeil Saakaşvilinin və Macarıstanın Baş naziri Viktor Orbanın görüşü olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev tədbir keçirilən binada Rumıniyanın və Gürcüstanın prezidentlərini, Macarıstanın Baş nazirini qarşıladı. Görüş iştirakçıları əvvəlcə rəsmi foto çəkdirdilər.

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector” (AGRİ) layihəsinə həsr olunmuş görüşü açaraq, qonaqları salamladı.

Dövlət başçısı Azərbaycanda neft və qaz hasilatının tarixi haqqında danışaraq bildirdi ki, ölkəmiz dünyada neft hasil edən ilk ölkələrdən biridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra neft və qaz yataqlarının işlənməsində beynəlxalq şirkətlərlə əməkdaşlığa başladı.

Azərbaycanın enerjidaşıyıcılarının ixracında şaxələndirmə siyasətinə üstünlük verdiyini diqqətə çatdıran Prezident İlham Əliyev dedi ki, neftin və qazın müxtəlif istiqamətlərdə nəqli üçün ölkəmizdə yaxşı infrastruktur yaradılmış, yeni boru kəmərləri çəkilmişdir.

Dövlət başçısı bildirdi ki, Azərbaycan enerji sahəsində regional və beynəlxalq əməkdaşlığa böyük əhəmiyyət verir.

“Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector” layihəsinin enerji sahəsində əməkdaşlıqda yeni mərhələ açdığını vurğulayan Prezident İlham Əliyev layihənin böyük potensialı olduğunu dedi.

Gürcüstan Prezidenti Mixeil Saakaşvili regional enerji əməkdaşlığında Azərbaycanın rolunu xüsusi vurğuladı. O, enerjidaşıyıcılarının nəqlində Gürcüstanın tranzit rolu barədə danışdı.

Rumıniya Prezidenti Trayan Besesku AGRİ layihəsinin ölkəsi üçün əhəmiyyətindən söhbət açdı. O, Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri xüsusi vurğuladı.

Macarıstanın Baş naziri Viktor Orban bu layihəyə qoşulmağın ölkəsi üçün əhəmiyyətini vurğuladı. Baş nazir qeyd etdi ki, Macarıstan AGRİ layihəsində fəal iştirak etməyə hazırdır.

Azərbaycan Prezidenti bir daha Bakıya gələn dövlət və hökumət başçılarına minnətdarlıq etdi və bu görüşün layihənin həyata keçirilməsində mühüm əhəmiyyətə malik olduğunu bidlirdi.

Sonra Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev “Azərbaycan-Gürcüstan-Rumıniya İnterconnector” layihəsi ilə bağlı təqdimatla çıxış etdi.

Görüşdə mövzu ətrafında fikir mübadiləsi aparıldı.

Azərbaycan Prezidenti İlham Əliyev, Rumıniya Prezidenti Trayan Besesku, Gürcüstan Prezidenti Mixeil Saakaşvili və Macarıstanın Baş naziri Viktor Orban AGRİ layihəsinə dair Bakı Bəyannaməsini imzaladılar.

Daha sonra dövlət və hökumət başçıları birgə mətbuat konfransı keçirdilər.

Prezident İlham Əliyev Bakı Bəyannaməsinin imzalanması münasibətilə təbriklərini çatdırdı. Qeyd etdi ki, ölkələrimiz yaxşı işləyərək müsbət nəticəyə nail olmuşlar. “Biz böyük inkişafın ərəfəsindəyik və bizim güclü iradəmiz vardır”, - deyən Prezident İlham Əliyev ölkəmizin malik olduğu nəhəng enerji infrastrukturundan danışdı. Dövlətimizin başçısı dedi ki, Azərbaycanın enerji sahəsində nadir təcrübəsi vardır və tərəflərin maraqlarının tarazlığı AGRİ layihəsinin də həyata keçirilməsinin vacib şərtidir.

“Biz burada tarix yazırıq”, - deyən Prezident İlham Əliyev diqqətə çatdırdı ki, şaxələndirmə enerji təhlükəsizliyinin vacib elementidir. Hazırda Azərbaycanın 7 neft-qaz kəməri vardır və bu kəmərlər ölkəmizin neft və qazını müxtəlif istiqamətlərə nəql edir.

Prezident İlham Əliyev qeyd etdi ki, hazırda Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin edir. Milli təhlükəsizliyin ayrılmaz hissəsi olan enerji təhlükəsizliyi indi dünyada vacib amildir. Azərbaycanda bu il 28 milyard kubmetr qazın hasil olunmasının nəzərdə tutulduğunu deyən dövlətimizin başçısı yerli təlabatın ildə 10-11 milyard kubmetr təşkil etdiyini vurğuladı. Bildirdi ki, qalan hissə ixrac olunmaqla yanaşı, anbarlara da vurulur. Azərbaycanın indiki ixrac səviyyəsi isə ölkəmizin digər layihələrdə iştirakını məhdudlaşdırmır.

“Avropanın enerji təhlükəsizliyi Azərbaycan üçün də maraqlıdır və bu təhlükəsizliyin təmin olunması ölkəmiz üçün də geniş imkanlar açacaq”, - deyən Prezident İlham Əliyev bundan sonra layihənin texniki əsaslandırma və maliyyə məsələlərinin həllinə nail olunmasının vacibliyindən danışdı, bu məsələdə beynəlxalq maliyyə qurumlarının iştirakının zəruriliyini qeyd etdi.

Gürcüstan Prezidenti Mixeil Saakaşvili Azərbaycan tərəfinə yüksək təşkilatçılığa görə təşəkkür etdi. Bildirdi ki, hər dəfə Bakıya gələndə yeniliklər görür. Bu da onu göstərir ki, Azərbaycanın inkişafı ilk növbədə xalqın rifahına xidmət edir. Gürcüstanın dövlət başçısı AGRİ layihəsində region ölkələri ilə yanaşı, Avropa İttifaqına üzv dövlətlərin də iştirak etməsinin əhəmiyyətindən danışaraq bildirdi ki, bu, özlüyündə mühüm hadisədir. Macarıstanın bu layihəyə qoşulması Avropanın enerji təhlükəsizliyinə yeni çalar gətirəcəkdir.

Rumıniya Prezidenti Trayan Besesku bildirdi ki, bu layihənin icrası Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının uğurla həyata keçirilməsi üçün geniş imkanlar açır. Layihənin icrası həm də Xəzər regionu ilə Avropa ölkələri arasında əməkdaşlığa təkan verəcəkdir. “Macarıstanın bu layihəyə qoşulması onun etibarlılığı üçün mühüm elementdir”, - deyən Trayan Besesku bildirdi ki, layihə öz nadirliyi ilə səmərəliliyə əsaslanır və o, heç bir siyasi qərara söykənmir.

Layihənin icrası üçün əsas infrastrukturun mövcud olduğunu deyən Trayan Besesku bildirdi ki, mühüm məsələ Rumıniyanın Konstansa və Gürcüstanın Kulevi terminallarının ərazilərində iki qaz terminalının inşasıdır. Bu da onu göstərir ki, bu, ən qənaətcil layihələrdəndir. Texniki əsaslandırma başa çatdıqdan sonra maliyyə məsələlərinin həllinə başlanacaqdır. Terminalların qurulmasına isə özəl sərmayələr cəlb olunacaqdır.

Macarıstanın Baş naziri Viktor Orban Azərbaycana gəlməkdən şad olduğunu dedi. Əmin olduğunu bildirdi ki, layihə çərçivəsində əməkdaşlıq səmərəliliyi ilə seçiləcəkdir və Macarıstan bu layihəyə sadiqdir.

Viktor Orban ölkəsinin Rumıniya ilə birlikdə bu layihənin Avropa qitəsində özünü doğrultması istiqamətində mühüm əməkdaşlıq edəcəyini də diqqətə çatdırdı və əmin olduğunu bildirdi ki, bu layihə Avropa İttifaqına töhfə verəcəkdir.

Sonra dövlət və hökumət başçıları jurnalistlərin suallarını cavablandırdılar.

SƏNƏDLƏR Fərmanlar 13 avqust 2026
16:03
“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:   ...

13 avqust 2026, 16:03
SƏNƏDLƏR Fərmanlar 13 avqust 2026
16:02
“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar...

13 avqust 2026, 16:02
SƏNƏDLƏR Sərəncamlar 12 avqust 2026
11:22
N.E.Mustafayevanın Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                         

Nərminə Elsevər qızı Mustafayeva Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və...

12 avqust 2026, 11:22
SƏNƏDLƏR Sərəncamlar 12 avqust 2026
11:21
E.İ.Sultanovun Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                     

Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının İsveç Krallığında fövqəladə və səlahiyyətli...

12 avqust 2026, 11:21
SƏNƏDLƏR Sərəncamlar 12 avqust 2026
11:20
E.İ.Sultanovun Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                        

Elnur İxtiyar oğlu Sultanov Azərbaycan Respublikasının Latviya Respublikasında fövqəladə və...

12 avqust 2026, 11:20
SƏNƏDLƏR Sərəncamlar 12 avqust 2026
11:19
Z.R.Əhmədovun Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka Krallığında, Finlandiya Respublikasında və Norveç Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram:                            

Zaur Rəşid oğlu Əhmədov Azərbaycan Respublikasının İsveç Krallığında, eyni zamanda Danimarka...

12 avqust 2026, 11:19
SƏNƏDLƏR Sərəncamlar 12 avqust 2026
10:10
Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Qədim tarixi, zəngin mədəniyyəti, dövlətçilik ənənələri və yüksək potensialı olan Naxçıvan Muxtar Respublikası Azərbaycan Respublikasının iqtisadi, siyasi və mədəni həyatında xüsusi yer tutur, ölkəmizin inkişafında mühüm rol...

12 avqust 2026, 10:10