22 oktyabr 2025, 15:00

Vüqar Əşrəfovdan, Sumqayıt, Azərbaycan

Hörmətli cənab Prezident,

İki gün öncə ata-anamın doğma yurdu Laçında oldum. 2023-cü ildən bəri 4-cü dəfə idi gedirdim. Anamın doğulduğu Ağbulaq kəndində ilk dəfə oldum. Lap kiçik yaşlarımda olduğum kəndi bir az da olsa xatırladım. Keçirdiyim hisslər çox dərin və əvəzolunmaz idi.

Cənab Prezident, bunun üçün Sizə dərin təşəkkürümü bildirirəm.

Allah şəhidlərimizə rəhmət eləsin, Sizə isə uzun və sağlam ömür bəxş etsin.

Hörmətlə,

Vüqar Əşrəfov

Azərbaycan Respublikası, Sumqayıt şəhəri.