Teyfur Şabəddinovdan, Cəbrayıl, Azərbaycan
Salam, çox hörmətli cənab Prezident.
Dünyada gedən siyasi və iqtisadi proseslərin düzgün təhlil edilməsi və buna uyğun uğurlu siyasətin yürüdülməsi sayəsində əldə etdiyiniz nailiyyətlər Azərbaycan xalqını həm sevindirir, həm də qürurlandırır. 30 illik Vətən həsrətinə 44 gün ərzində son qoyulması, 8 avqust 2025-ci il tarixində Birgə Bəyannamənin imzalanması və sülh sazişinin paraflanması ölkəmizin qarşısında yeni üfüqlər açır.
Mənim babam Qərbi Azərbaycandan, Zəngəzur mahalındandır. 1930-ci illərdə məcburən oradan Cəbrayıl rayonuna köç etmişlər. İnşaallah qismət olar, o yerləri də görərik.
Cənab Prezident, bugünkü uğurlarımıza görə ailəmiz adından Sizə səmimi minnətdarlığımı bildirir, daha neçə uğurlara imza atmağınızı arzulayıram.
Hörmətlə,
Teyfur Şabəddinov
Azərbaycan Respublikası, Cəbrayıl rayonu, İsaqlı kəndi.