Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyəti ilə bağlı bir sıra tədbirlər haqqında” 2020-ci il 27 mart tarixli 975 nömrəli, “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli və “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2024-cü il 29 iyul tarixli 163 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

14 oktyabr 2025, 16:12

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli 975 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 3, maddə 251 (Cild I); 2024, № 2, maddə 147, № 3, maddələr 259, 262, № 4, maddə 393, № 5 (I kitab), maddə 529, № 8, maddə 944, № 12 (II kitab), maddə 1359; 2025, № 6, maddə 541) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”nin 3.0.26-cı yarımbəndində “13” rəqəmləri “14” rəqəmləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 17 noyabr tarixli 2356 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 11, maddə 1510 (Cild I); 2024, № 7, maddə 821, № 9, maddə 1005, № 11, maddə 1205; 2025, № 2, maddə 129, № 4 (I kitab), maddə 343) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi haqqında Əsasnamə”nin 3.1-ci bəndində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.1.51-ci yarımbənddən “, qanunla müəyyən edilmiş hallarda və qaydada su ehtiyatlarından istifadəyə icazə vermək” sözləri çıxarılsın;

2.2. aşağıdakı məzmunda 3.1.51-1-ci yarımbənd əlavə edilsin:

“3.1.51-1. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa 3 nömrəli əlavə – “Sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısı”nın
13-cü maddəsində nəzərdə tutulmuş icazəni, onun dublikatını və əlavəsini vermək, habelə həmin icazəni yenidən rəsmiləşdirmək, dayandırmaq, bərpa və ya ləğv etmək, həmçinin verilmiş icazənin şərtlərinə riayət olunmasına nəzarətin həyata keçirilməsini təmin etmək;”.

3. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 29 iyul tarixli 163 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 822) ilə təsdiq edilmiş “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti haqqında Əsasnamə”nin 3.1.29-cu yarımbəndində “ehtiyatlarından istifadəyə icazələrin” sözləri “obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 oktyabr 2025-ci il

SƏNƏDLƏR Fərmanlar 05 oktyabr 2026
16:00
Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Valideyn himayəsindən məhrum olmuş uşaqların övladlığa götürülməsi, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan uşaqların əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən övladlığa götürülməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 fevral tarixli 946 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 2, maddə 104 (Ci...

05 oktyabr 2026, 16:00
SƏNƏDLƏR Sərəncamlar 05 oktyabr 2026
10:30
J.F.Əliyevanın “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                          

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə görə Jalə Fazil qızı Əliyeva “Şöhrət” ordeni il...

05 oktyabr 2026, 10:30
SƏNƏDLƏR Sərəncamlar 03 oktyabr 2026
10:04
Ladislau-Marius Vizerin “Dostluq” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                 

Azərbaycan Respublikasında və beynəlxalq səviyyədə cüdo idman növünün inkişafı sahəsində səmərəli fəaliyyətinə və verdiyi töhfəyə ...

03 oktyabr 2026, 10:04
SƏNƏDLƏR Sərəncamlar 02 oktyabr 2026
15:43
M.C.Mərdanovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:                                      

Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Mis...

02 oktyabr 2026, 15:43
SƏNƏDLƏR Fərmanlar 02 oktyabr 2026
15:42
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sərəncamlarında dəyişiklik edilməsi, bəzi sərəncamlarının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 7 may tarixli 662 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:                       

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərman və sə...

02 oktyabr 2026, 15:42