Əsgər Manafov və başqalarından, İsmayıllı, Azərbaycan
Hörmətli cənab Prezident,
Sizin tapşırıq və tövsiyələriniz əsasında rayonumuzda həyata keçirilən işlər uğurla icra olunur. Xüsusilə qeyd etmək istəyirik ki, biz müəllimlər də gündəlik həyatımızda dövlətimizin qayğısını hiss edirik. Rayonumuzun ümumi inkişafı naminə göstərilən bu işlər biz müəllimləri böyük məsuliyyətlə çalışmağa ruhlandırır. Sizin uğurlu daxili və xarici siyasətiniz bizə qürur verir və bizi gənc nəslin təlim-tərbiyəsində, onların vətənpərvərlik ruhunda yetişdirlməsində daha əzmlə çalışmağa sövq edir.
Cənab Prezident, bizə göstərdiyiniz diqqət və dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk.
İsmayıllı rayon Əməkdar müəllimləri və təhsil işçiləri adından hörmətlə,
Manafov Əsgər,
Kərimov Əmirxan,
Kərimov Müsafəddin,
Ağayeva Dürdanə,
Həsəncva Nazənin
Azərbaycan Respublikası, İsmayıllı şəhəri.