Vüsalə Kəngərlidən, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident,
Mən, üzləşdiyim haqsız inzibati qərarın Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən məhkəmə qaydasında ləğv olunması ilə bağlı müraciət etmişdim və ədalət bərpa olundu. Sizin rəhbərliyiniz altında ölkəmizdə həyata keçirilən ədalətyönümlü məhkəmə-hüquq islahatlarının real nəticəsinin bir daha şahidi oldum.
Ölkəmizdə hüquqi dövlət quruculuğu istiqamətində görülən məqsədyönlü işlərin nəticəsi olaraq hər bir vətəndaşın hüquq və azadlıqlarının müdafiəsi təmin olunur. Ədalətli məhkəmə qərarının çıxarılması və hüquqlarımın bərpa olunması mənə və mənim timsalımda yüzlərlə vətəndaşa bu sistemə olan inamı daha da gücləndirmişdir.
Hüququn aliliyinə, ədalətə və şəffaflığa əsaslanan cəmiyyət quruculuğu naminə apardığınız qətiyyətli siyasətə görə Sizə dərin minnətdarlığımı bildirir, gələcək fəaliyyətinizdə yeni uğurlar və möhkəm can sağlığı arzulayıram.
Allah Sizi və Azərbaycanı qorusun!
Hörmətlə,
Vüsalə Kəngərli
Azərbaycan Respublikası, Gəncə şəhəri.