09 oktyabr 2025, 17:00
Fərid Mustafayevdən, Bakı, Azərbaycan
Hörmətli cənab Prezident!
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşündə nümayiş etdirdiyiniz yüksək liderliyə, milli maraqlara əsaslanan uzaqgörən siyasətə və qlobal nüfuzumuzun daha da artmasına verdiyiniz misilsiz töhfələrə görə Sizə dərin minnətdarlığımı bildirirəm.
Sizin sayənizdə Azərbaycan regional və beynəlxalq miqyasda güc, sülh və ədalət simvoluna çevrilib. Dünyanın nəhəng dövlətləri Azərbaycanla əməkdaşlığa böyük maraq göstərir, ölkəmizin siyasi-iqtisadi və coğrafi üstünlüklərindən yararlanmağa çalışırlar.
Uca Tanrı Sizi hifz etsin, Vətən naminə göstərdiyiniz xidmətlərdə Sizə daim qüvvət və müdriklik nəsib etsin.
Hörmətlə,
Fərid Mustafayev
Azərbaycan Respublikası, Bakı şəhəri, Nərimanov rayonu.