Şəhid anasından, Naftalan, Azərbaycan
Möhtərəm cənab Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı!
Avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında Birgə Bəyannamənin imzalanması bütün xalqımızı eləcə də məni fərəhləndirdi. Bu tarixi addım Azərbaycanın gücünü, qətiyyətini və prinsipial mövqeyini bütün dünyaya bir daha nümayiş etdirdi, ölkəmizin beynəlxalq nüfuzunu daha da yüksəldərək bütün dünyaya göstərdi. Tarixi Zəfərimizin beşinci ildönümü ərəfəsində adınızı tarixə sülhün qalibi kimi həkk etdirdiniz.
Sizin müdrik rəhbərliyiniz nəticəsində Azərbaycan regional güclə yanaşı, qlobal səviyyədə söz sahibi olan dövlətə çevrilib. Bütün uğurlarınız bütün şəhid anaları kimi məni də qürurlandırır. Biz şəhid ailələrinə, bizim övladlarımıza göstərdiyiniz hərtərəfli diqqət və qayğıya görə Sizə sonsuz minnətdarlığımızı bildiririk.
Tanrı Sizi və xalqımızı qorusun!
Hörmətlə,
Qurbanova Təranə Kamil qızı
Azərbaycan Respublikası, Naftalan şəhəri, Qaşaltı Qaraqoyunlu kəndi.