Lalə Bəylərli və başqalarından, Gəncə, Azərbaycan
Hörmətli cənab Ali Baş Komandan!
Bu məktubu Sizə qürur hissi ilə yazırıq. Ölkəmizin Sizin kimi Prezidenti olduğu üçün özümüzü şanslı və xoşbəxt sanırıq. Bu gün dünyanın bir çox yerini bürüyən ixtişaşlar, böhranlar fonunda Azərbaycanda sakitlik hökm sürür və insanlar daha firavan yaşayır.
Bu çətin bir dövrdə işinizin gərginliyinə baxmayaraq Gəncə şəhərinə, onun sakinlərinə ayırdığınız böyük diqqətə görə Sizə minnətdarlığımızı bildiririk. Şəhərimizin inkişafı və sakinlərin həyat səviyyəsinin yüksəlməsi Sizin adınızla bağlıdır.
Cənab Prezident, Sizinlə fəxr edirik. Sizə işlərinizdə hər zaman uğurlar arzulayırıq.
Hörmətlə,
Lalə Bəylərli,
Günay Qurbanova,
Ülviyyə Məmmədova,
Səbinə Abbasquliyeva,
Adilə Həsənova,
Jalə Quliyeva,
Nigar Qasımova
Azərbaycan Respublikası, Gəncə şəhəri.