03 oktyabr 2025, 17:22

Könül Əşrəfli və başqalarından, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Ölkəmizin inkişafı və dünyada tanınması istiqamətində apardığınız işlər misilsizdir. Xalqımızın firavan yaşaması, torpaqlarımızın azad olunması, Qarabağda, eləcə də digər regionlarda gedən abadlıq-quruculuq işləri Sizin məqsədyönlü siyasətinizin sayəsindədirr.

III MDB Oyunlarının əsas hissəsinin qədim tarixə malik Gəncə şəhərində keçirilməsi, burada genişmiqyaslı quruculuq və bərpa işlərinin aparılması Nizami yurdu olan Gəncənin bütün MDB məkanına öz gözəlliyini, eyni zamanda, tarixi simasını və müasirliyini təqdim etməsinə şərait yaratmışdır. Eyni zamanda, şəhərimizdə yeni stadionun tikilməsindən məmnunluq hissi duyuruq.

Gəncə şəhərində quruculuq işlərinin aparılmasına görə Sizə Gəncə şəhəri sakinləri adından dərin minnətdarlığımızı bildiririk. Gəncəlilər həmişə Sizinlədir.

Hörmətlə,

Könül Əşrəfli,

Lalə Vəliyeva,

Sevda Əhmədova,

Aygün Mürsəliyeva,

Aynur Orucova

Azərbaycan Respublikası, Gəncə şəhəri.