02 oktyabr 2025, 16:24

Nuhəli Kərimovdan, Saatlı, Azərbaycan

Hörmətli Mehriban xanım,

Biz, Azərbaycan vətəndaşları cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident olaraq Sizin ölkəmiz və xalqımız üçün gördüyünüz işləri yüksək dəyərləndiririk. Siz nə qədər vətənpərvər, xalqımız üçün nə qədər doğma olduğunuzu öz əməllərinizlə sübut etmisiniz. Vətənimizə, xalqımıza ləyaqətlə və sədaqətlə xidmət göstərir, ölkəmizi zirvələrə ucaldırsınız. Atdığınız bütün addımlar dövlətimizin maraqlarına, xalqımızın mənafeyinə xidmət edir. Bütün bunlar bizi çox sevindirir.

Respublikamızın bütün bölgələrində həyata keçirilən abadlıq-quruculuq işləri göz önündədir. Bu baxımdan yaşadığımız Saatlı rayonunda da görülən işlərdən məmnunluğumuzu bildiririk. Rayonumuzun Nabatkənd kəndində Heydər Əliyev Fondunun dəstəyi ilə müasir standartlara cavab verən tam orta məktəbin binasının inşası kənd əhalisinin, xüsusilə də şagirdlərin və müəllimlərin böyük sevincinə səbəb olmuşdur.

Hörmətli Mehriban xanım, bütün bu kimi böyük xidmətlərinizə görə Sizə minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Nuhəli Kərimov

“Azərbaycan fermeri” qəzetinin baş redaktoru,

Azərbaycan Respublikası, Saatlı rayonu, Azadkənd kəndi.