03 oktyabr 2025, 14:30

Üzeyir Balakişiyev və başqalarından, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin rəhbərliyiniz dövründə ölkəmizin dörd bir yanında, o cümlədən Gəncə şəhərində böyük quruculuq işləri görülmüş və hazırda da uğurla davam etdirilməkdədir. Şəhərimizin siması gözəlləşir. Yeni inşa olunan və III MDB Oyunlarının açılışı keçirilən şəhər stadionu lap ürəyimizcə oldu. İnanırıq ki, bu stadionda hələ çox mötəbər tədbirlərə şahidlik edəcəyik, beynəlxalq futbol oyunları izləyəcəyik.

Cənab Prezident, bütün bunlar Sizin Gəncəyə və gəncəlilərə olan münasibətinizin, diqqət və qayğınızın nəticəsidir.

Sizə ailələrimiz adından minnətdarlığımızı bildiririk.

Hörmətlə,

Üzeyir Balakişiyev,

Əlizamin Əmirov,

Xəqani Kazımov

Azərbaycan Respublikası, Gəncə şəhəri.