02 oktyabr 2025, 18:40
Fərid Vəliyev və başqalarından, Gəncə, Azərbaycan
Möhtərəm cənab Prezident,
Sizin diqqət və qayğınız nəticəsində Gəncə gündən-günə daha da abadlaşır, yeni parklar, istirahət məkanları və müasir infrastruktur layihələri şəhər sakinlərinin və qonaqların ixtiyarına verilir. Şəhər yollarının abadlaşdırılmasına və ictimai nəqliyyatın yenilənməsinə göstərilən diqqət də sevindiricidir. Bu təqdirəlayiq fəaliyyətiniz Gəncə sakinlərinin qəlbində böyük rəğbət və minnətdarlıq hissi oyadır.
Cənab Prezident, şəhərimizin inkişafı naminə gördüyünüz işlərə görə Sizə bir daha təşəkkür edir, gələcək fəaliyyətinizdə uğurlar, möhkəm cansağlığı, yeni nailiyyətlər arzulayırıq.
Hörmətlə,
Fərid Vəliyev,
Rza Ələsgərov,
İlkin Mustafayev,
Bəhman Kazımov,
Zakir Əhmədov.
Azərbaycan Respublikası, Gəncə şəhəri.