02 oktyabr 2025, 15:01

Ramiz Sadıxovdan, Gəncə, Azərbaycan

Hörmətli cənab Prezident,

Sizin və ölkəmizin birinci xanımı Mehriban Əliyevanın Gəncə şəhərində yaşayan, hər iki valideynini və yaxınlarını itirmiş azyaşlı uşaqlarla səmimi görüşünüz Gəncə şəhər sakinlərinin yaddaşında daimi qalacaqdır. Sizin azyaşlı uşaqla əl-ələ tutub memorial kompleksdə gəzməyiniz, Mehriban xanımın üşüyən uşaqların çiyninə örtük salması yüksək insani dəyərlərin göstəricisidir.

Əziz və hörmətli Prezident, Xankəndidə Azərbaycan Dövlət Bayrağının ucaldılması, Gəncədə memorial kompleksin açılması bizi ürəkdən sevindirir. Gəncədə yaşayan Qarabağ müharibəsi iştirakçıları həmişə Sizin yanınızdadırlar.

Hörmətlə,

Ramiz Sadıxov,

Qarabağ müharibəsi veteranı.

Azərbaycan Respublikası, Gəncə şəhəri.