01 oktyabr 2025, 17:10
Marif Abdurahmanovdan, Şəki, Azərbaycan
Zati-aliləri,
Sizin BMT-nin ali tribunasından möhtəşəm, əzəmətli və cəsarətli çıxışınız hər bir vətənpərvər azərbaycanlını, Sizə böyük məhəbbəti olan ağsaqqalları və ziyalıları valeh etdi. Siz ötən illər ərzində nəinki haqq səsimizi boğulmağa qoymadınız, eyni zamanda öz müdrikliyinizlə və dərin məntiqinizlə liderlər arasında söz sahibinə çevrildiniz.
Siz dünyada öz liderliyinizlə, sülhpərvər siyasətinizlə həmişə seçilirsiniz. Bütün bunlar xalqımıza ardıcıl uğurlar qazandırır.
Şəki ağsaqqallarının təşəkkürlərini Sizə çatdırmağı özümə borc bilirəm.
Allah daim yardımçınız olsun!
Hörmətlə,
Marif Abdurahmanov
Azərbaycan Respublikası, Şəki rayonu, Kiçik Dəhnə kəndi.