30 sentyabr 2025, 17:53
Yusif Əliyevdən, Ağdam, Azərbaycan
Möhtərəm cənab Prezident,
Müharibə və sülh qalibi olaraq Sizin BMT Baş Assambleyasının 80-ci sessiyasında etdiyiniz dərin məzmunlu çıxışınız bütün dünyanın diqqətin cəlb edib. ABŞ kimi qüdrətli və supergüc dövlətin Prezidenti Donald Trampın Sizin haqqınızda söylədiyi çox xoş sözlər bizi çox sevindirdi. Prezidentlərin Sizinlə səmimi görüşləri Sizin dünya lideri olduğunuzun sübutudur.
Siz öz fəaliyyətinizlə Azərbaycanı yüksəklərə ucaltdınız.
Allah Sizi və ailənizi qorusun.
Hörmətlə,
Yusif Əliyev
Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi.