24 sentyabr 2025, 17:15

Arif Orucovdan, Gəncə, Azərbaycan

Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!

Azərbaycanın rifahı və tərəqqisi naminə apardığınız xarici və daxili siyasətinizi bəyənir və dəstəkləyirik, Sizə bu yolda daim uğurlar arzu edirik. Yürütdüyünüz daxili siyasətin mühüm tərkib hissələrindən biri olan kadr islahatları da təqdirəlayiqdir.

Sizin tapşırıq və göstərişləriniz əsasında, vətəndaşların qəbulu və onların müraciətlərinə baxılması işi xeyli yaxşılaşdırılmışdır. Xüsusilə, dövlət qurumlarının vəzifəli şəxslərinin bölgələrdə vətəndaşları qəbul edib dinləməsi müsbət nəticələr verir. Elə bu günlərdə iştirak etdiyim belə bir qəbulda mənə göstərilən köməyə görə bu məktubu yazıram. Qəbulda olan bir çox vətəndaş kimi mənim də xahişim operativ şəkildə öz həllini tapdı.

Cənab Prezident, həm Sizə, həm də Sizin tapşırıqlarınıza uyğun olaraq vətəndaşlara layiqli xidmət göstərən şəxslərə öz dərin minnətdarlığımı bildirir, işlərinizdə hər zaman uğurlar arzulayıram.

Hörmətlə,

Arif Orucov

Azərbaycan Respublikası, Gəncə şəhəri.