09:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 22-də Nyu-Yorkda “Blackstone” şirkətinin prezidenti və baş əməliyyat direktoru Conatan Qrey ilə görüşüb.
Conatan Qrey Azərbaycanda həyata keçirilən iqtisadi islahatların və inkişaf proseslərinin beynəlxalq investorlar üçün cəlbedici imkanlar yaratdığını vurğulayıb. O, rəhbərlik etdiyi şirkətin Azərbaycanla, xüsusilə də Azərbaycan Respublikası Dövlət Neft Fondu ilə uğurlu əməkdaşlığının genişləndirilməsində maraqlı olduğunu qeyd edib və ölkəmizdə formalaşmış əlverişli investisiya mühitini yüksək qiymətləndirib.
Prezident İlham Əliyev Azərbaycanın dünya miqyasında aparıcı maliyyə institutları ilə əməkdaşlığa böyük önəm verdiyini deyərək, ölkəmizdə sabitlik, şəffaflıq və davamlı inkişaf prinsipləri əsasında formalaşmış iqtisadi mühitin yeni tərəfdaşlıqlar üçün əlverişli zəmin yaratdığını vurğulayıb.
Qeyd edək ki, alternativ investisiyaların idarə edilməsi üzrə dünyanın ən böyük şirkətlərindən biri olan “Blackstone” 1985-ci ildə Nyu-Yorkda təsis olunub. Şirkət özəl kapital, daşınmaz əmlak, kredit, infrastruktur, data mərkəzləri, bərpaolunan enerji və hedc fondları üzrə investisiya portfellərini idarə edir. Hazırda “Blackstone”un idarəçiliyində olan aktivlərin ümumi dəyəri 1 trilyon ABŞ dollarından artıqdır. Baş ofisi Nyu-Yorkda yerləşən şirkət London, Honkonq, Dubay, Sinqapur və Tokio da daxil olmaqla dünyanın 27 şəhərində fəaliyyət göstərir.



Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.
Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi...
06 noyabr 2026, 21:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
8 Noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəs...
06 noyabr 2026, 20:19Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
8 Noyabr - Zəfər Günü münasibətilə Suriya Türkman Məclisi adından Sizi, qardaş Azərbaycan xalqını səmimiyyətlə təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf d...
06 noyabr 2026, 20:18Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Zati-alinizi və Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gün Azərbaycan xalqının milli iradəsinin, birliyinin və V...
06 noyabr 2026, 20:17
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...
06 noyabr 2026, 13:05
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
8 Noyabr - Zəfər Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycanın Hök...
05 noyabr 2026, 18:27Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Dəyərli qardaşım.
Ölkənizin şanlı bayramı - Zəfər Günü münasibətilə Sizi - əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən, ən xoş arzularımı ...
05 noyabr 2026, 18:25