Xaqani Nəsibovdan, Sumqayıt, Azərbaycan
Hörmətli cənab Prezident,
Ümummilli Liderimiz Heydər Əliyevin Sizə əmanət qoyduğu Azərbaycanı göz bəbəyi kimi qoruduğunuza görə, çətin günlərdə işlərin öhdəsindən müvəffəqiyyətlə gəldiyinizə, torpaqlarımızı işğaldan azad edərək suverenliyimizi bərpa etdiyinizə görə Sizə minnətdaram.
Bu işlərin dəyəri çox yüksəkdir. Ona görə də Azərbaycan xalqı hər zaman Sizə alqış edir, işlərinizin uğurlu alınması və qada-bəladan hifz olunmağınız üçün dualar edirlər. Bir vətəndaş olaraq, əminəm ki, Siz Azərbaycanı bundan sonra da uğurla idarə edərək xalqımıza yeni-yeni müvəffəqiyyətlər qazandıracaqsınız.
Bu müqəddəs yolda xalqımız hər zaman Sizə dəstəkdir və Sizin ətrafınızda sıx birləşmişdir.
Allah Sizi və ailənizi qorusun!
Hörmətlə,
Xaqani Nəsibov
Azərbaycan respublikası, Sumqayıt şəhəri.