22 sentyabr 2025, 15:10

Fərid Şərifov, Bakı, Azərbaycan

Hörmətli cənab Prezident,

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə ötən 22 il ərzində möhtəşəm uğurlar əldə etmişdir. Uzun illər işğal altında olmuş torpaqlarımızı Sizin uzaqgörən siyasətiniz nəticəsində azad etdik. Sizin rəhbərliyiniz altında bu gün Qarabağda, Şərqi Zəngəzurda və işğaldan azad edilmiş digər torpaqlarımızda görülən işlər könlümüzü oxşayır.

Cənab Prezident, Sizinlə və Mehriban xanımla Azərbaycan Respublikası çox gözəldir, günü-gündən inkişaf edir, çiçəklənir. İnanırıq ki, sülh sazişinin təsdiqlənməsindən və Zəngəzur dəhlizinin açılmasından sonra ölkəmiz yeni inkişaf mərhələsinə qədəm qoyacaq, Azərbaycanın dünya üçün əhəmiyyəti birə-beş artacaqdır.

Tanrı Sizi qorusun.

Hörmətlə,

Fərid Şərifov

Azərbaycan respublikası, Bakı şəhəri, Xətai rayonu.