“Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda beynəlxalq konfransın iştirakçılarına

22 sentyabr 2025, 11:12

Hörmətli tədbir iştirakçıları,

Sizi “Suverenliyin keşiyində: Konstitusiyada Prokurorluğun statusu” mövzusunda keçirilən beynəlxalq konfransda səmimi-qəlbdən salamlayıram.

2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilmişdir. Bu, heç də təsadüfi deyildir. Belə ki, bu il biz Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30 illiyini və tarixi Zəfərimizin 5 illiyini qeyd edirik.

Ölkəmiz öz müstəqilliyini 1991-ci ildə bərpa etsə də, o dövrdə hökm sürən ictimai-siyasi vəziyyət, həmçinin Ermənistan Respublikasının hərbi təcavüzü səbəbindən milli Konstitusiyamızın qəbulu yalnız 1995-ci ildə mümkün olmuşdur. Müstəqilliyimizi qazanandan sonra 30 ilə yaxın bir dövrdə torpaqlarımızın əhəmiyyətli hissəsi Ermənistanın işğalı altında olmuşdur. Azərbaycan xalqının əzmkarlığı, silahlı qüvvələrimizin rəşadəti sayəsində 2020-ci ildə 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarımız işğaldan azad edilmiş, 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam bərpa olunmuşdur. Bununla da Konstitusiyamızın hüquqi qüvvəsi ölkənin bütün ərazisinə şamil edilmişdir.

Tarixi zəfərimizdən dərhal sonra Qarabağ və Şərqi Zəngəzur bölgəsində geniş bərpa və quruculuq işlərinə başlanmış, minlərlə insan öz doğma yurdlarına qayıtmışdır. Baş vermiş bütün faciələrə baxmayaraq, Azərbaycan hər zaman sülh gündəliyinin tərəfdarı olmuş, bu istiqamətdəki səylərimiz cari ilin 8 avqust tarixində Vaşinqtonda sülh sazişinin paraflanması ilə nəticələnmişdir.

Hörmətli konfrans iştirakçıları,

Dost ölkələrin milli prokurorluq xidmətlərinin rəhbər şəxslərinin də daxil olduğu nümayəndə heyətlərinin bu tədbirə qatılması dövlətlərarası əməkdaşlığın inkişaf etdirilməsinə verdikləri önəmin təzahürüdür. Milli prokurorluq orqanları cinayətkarlığın bütün təzahürlərinə, o cümlədən dövlətin konstitusiya quruluşunun əsaslarına qəsd edən cinayətlərə qarşı mübarizənin ön sırasında dayanırlar. Bununla da onlar təkcə qanunçuluğun təmin edilməsi vəzifəsini yerinə yetirmir, eyni zamanda konstitusion nizamın və suverenliyin qorunmasına xidmət edirlər. Bu baxımdan prokurorluq orqanları da dövlət suverenliyinin keşikçiləri hesab olunurlar. Sizə bu şərəfli missiyada uğurlar arzu edirəm.

Əminəm ki, hazırkı tədbir prokurorluq fəaliyyəti ilə bağlı qabaqcıl təcrübələrin mübadiləsi, ümumi çağırışların müəyyən edilməsi və onların birgə həlli yollarının müzakirəsi, qarşılıqlı əməkdaşlığın güclənməsi məqsədlərinə töhfə verəcəkdir.

Sizi Azərbaycanda bir daha salamlayır, konfransın işinə müvəffəqiyyətlər diləyirəm.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 sentyabr 2025-ci il

SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
13:48
“Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus Respublikasının Milli Statistika Komitəsi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2026-cı il iyunun 2-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Belarus...

14 avqust 2026, 13:48
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
13:46
“Dövlət auditi” informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik...

14 avqust 2026, 13:46
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
13:45
“Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 10 iyul tarixli 440-VIIQD nömrəli Qanununun tətbiqi və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1199-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 5 sentyabr tarixli 259 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının...

14 avqust 2026, 13:45
SƏNƏDLƏR Qanunlar 14 avqust 2026
13:44
“Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci, 16-cı və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının...

14 avqust 2026, 13:44
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
12:57
Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” 1997-ci il 24 iyun tarixli 609 nömrəli və “Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu,...

14 avqust 2026, 12:57
SƏNƏDLƏR Fərmanlar 14 avqust 2026
12:56
“Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 456-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə...

14 avqust 2026, 12:56
SƏNƏDLƏR Qanunlar 14 avqust 2026
12:55
“Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu, 11-ci, 15-ci və 24-cü bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Seleksiya nailiyyətləri haqqında”...

14 avqust 2026, 12:55
SƏNƏDLƏR Fərmanlar 13 avqust 2026
16:03
“İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İstilik təchizatı haqqında” Azərbaycan Respublikasının 2025-ci il 24 iyun tarixli 222-VIIQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:   ...

13 avqust 2026, 16:03
SƏNƏDLƏR Fərmanlar 13 avqust 2026
16:02
“Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Toxumçuluq haqqında” Azərbaycan Respublikasının 2026-cı il 14 iyul tarixli 455-VIIQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar...

13 avqust 2026, 16:02