Telman Zeynalovdan, Samux, Azərbaycan
Hörmətli cənab Prezident.
Siz xalqımıza hər zaman diqqət və qayğı göstərmisiniz. Bir Azərbaycan vətəndaşı olaraq şəxsən mən bununla öyünürəm. Fəxr hissi keçirirəm ki, Sizin Prezidenti olduğunuz dövlətdə yaşayıram. Sizin yorulmaz fəaliyyətinizin, gərgin əməyinizin, tapşırıqlarınız əsasında görülən tədbirlərin nəticəsidir ki, Azərbaycan xalqı firavan və yüksək rifah içərisində yaşayır, xoş güzərana sahibdir.
Cənab Prezident, mən ahıl insanam, dünyanın hər üzünü görmüşəm, zəmanədən zəmanəyə düşmüşəm. Bir ağsaqqal kimi deyim ki, Sizin ölkəmizə rəhbərlik etdiyiniz dövr həyatımın ən gözəl çağları olub və buna görə Sizdən çox razıyam.
Əziz Prezidentimiz, ölkə əhalisinin rifahı üçün əlinizdən gələni əsirgəmədiyiniz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Xeyir-dualarımız hər zaman yolunuza işıq salsın, Sizə kömək olsun!
Hörmətlə,
Zeynalov Telman.
Azərbaycan Respublikası, Samux şəhəri.