18 sentyabr 2025, 15:15

Möhübbət Bədəlovdan, Naftalan, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizin müdrikliyiniz, möhkəm iradəniz ölkəmizi həm hərbi, həm də siyasi baxımdan Cənubi Qafqazda yeni geosiyasi reallığın mərkəzinə çevirib. Əldə olunan uğurlar Sizin uzaqgörən siyasətinizin, diplomatik səylərinizin təntənəsi kimi tarixin yaddaşına əbədi həkk olundu.

Sizin müdrikliyiniz və sarsılmaz iradəniz sayəsində Azərbaycan bu gün təkcə regionda deyil, beynəlxalq aləmdə də mövqeyi ilə hesablaşılan güclü dövlətə çevrilmişdir. Daxili və xarici siyasətdə göstərdiyiniz prinsipial mövqe xalqımızı daim qürurlandırmış, Azərbaycan beynəlxalq arenada nüfuzlu və etibarlı tərəfdaş kimi tanınmışdır.

Ölkəmiz və xalqımız qarşısında göstərdiyiniz fədakar xidmətlərə görə Sizə Naftalan şəhər ağsaqqalları və şəhər ictimaiyyəti adından dərin minnətdarlığımızı bildirir, ali məqsədlər uğrunda fəaliyyətinizdə yeni nailiyyətlər arzulayırıq. Sizinlə fəxr edirik.

Uca Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Möhübbət Bədəlov

Azərbaycan Respublikası, Naftalan şəhəri.