17 sentyabr 2025, 14:30

Yusif Əliyevdən, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident,

İşğaldan azad edilmiş Qarabağda Sizin sərəncam və göstərişləriniz əsasında aparılan abadlıq-quruculuq işləri, insanların öz ata-baba yurduna qayıtmaları bizi çox sevindirir. Bu gün xalqımızın çöhrəsində əsl təbəssüm, böyük razılıq duyulur, uzun illərin kədərini sevinc əvəz etmişdir.

Cənab Prezident, yeni tikilən və bərpa edilən məscidlər, o cümlədən Hadrut qəsəbəsində inşa edilən və bu günlərdə açılışını etdiyiniz məscid Sizin dini-mənəvi dəyərlərimizə verdiyiniz yüksək dəyərdir. Biz Sizə daim minnətdarıq.

Allah Sizi və ailənizi qorusun!

Hörmətlə,

Yusif Əliyev

Azərbaycan Respublikası, Ağdam rayonu, Çəmənli kəndi.