Validə Məmmədovadan, Cəlilabad, Azərbaycan
Cənab Prezident, möhtərəm Ali Baş Komandan!
Doğma Azərbaycanımızın inkişafı və dünyaya tanıdılması istiqamətində gördüyünüz misilsiz işlərə görə Sizə dərin təşəkkürümü bildirir, gələcək işlərinizdə də uğurlar arzulayır, möhkəm cansağlığı diləyirəm.
Sizin bölgələrə göstərdiyiniz xüsusi diqqət və qayğınız nəticəsində Cəlilabad rayonu da son illərdə özünəməxsus inkişaf yolu keçmişdir. Yeni-yeni sosial-infrastruktur obyektlərinin inşa edilərək istifadəyə verilməsi, küçələrin müasir üslubda abadlaşdırılması, yolların çəkilməsi və əsaslı təmiri, eləcə də digər işlər rayon sakinlərinin həyat səviyyəsinin yüksəlməsinə gətirib çıxarmışdır.
Cənab Prezident, hər zaman var olasınız!
Hörmətlə,
Validə Məmmədova
Azərbaycan Respublikası, Cəlilabad rayonu, Üçtəpə kəndi.