Pərviz Məmişovdan, Sumqayıt, Azərbaycan
Möhtərəm cənab Prezident,
Azərbaycan və Ermənistan arasında tarixi Bəyannamənin imzalanması və qərəzli 907-ci düzəlişin ləğv edilməsi münasibətilə Sizi və ailənizi səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan artıq öz siyasi gündəliyini müstəqil müəyyənləşdirən və onu qlobal diplomatiya səhnəsində uğurla həyata keçirən güclü bir dövlətə çevrilib. Ölkəmiz sülh və əməkdaşlıq siyasəti ilə beynəlxalq aləmdə öz sözünü deyir və dəyərli bir örnək yaradır. Bu uğurlar həm ölkəmizin beynəlxalq mövqeyini gücləndirir, həm də regionda sülh və sabitliyin təmin olunmasına töhfə verir.
Sizin prinsipial siyasətinizlə ölkəmizin maraqları uğrunda göstərdiyiniz iradə, qarşıya çıxan çətinliklərə qarşı duruşunuz xalqımıza böyük inam verir. Regionda sülhün və əməkdaşlığın yeni dövrünü açacaq zəfər münasibətilə, Sizi bir daha təbrik edirəm. Biz, gənclər və Yeni Azərbaycan Partiyasının üzvləri, daha parlaq və gözəl bir gələcək qurmaq üçün hər zaman yanınızda olacağıq.
Cənab Prezident, Sizə uzun ömür, cansağlığı, doğma Azərbaycanımızın inkişafı naminə yorulmaz fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Hörmətlə,
Məmişov Pərviz Ərəsdun oğlu
Azərbaycan Respublikası, Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsi.