09:40

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 15-də Şuşada ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Maliki qəbul edib.
Söhbət zamanı ICESCO-nun Baş direktorunun ölkəmizə, o cümlədən Şuşaya səfərləri və dövlətimizin başçısı ilə görüşləri məmnunluqla xatırlandı.
Səlim bin Məhəmməd əl-Malik Şuşa şəhərinin gözəlliyinin onda dərin təəssürat hissi yaratdığını qeyd etdi.
Görüşdə işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri yüksək qiymətləndirildi.
Dövlətimizin başçısı mədəniyyətimizin təşviqinə verdiyi dəstəyə görə ICESCO-nun Baş direktoruna təşəkkürünü bildirdi.
Prezident İlham Əliyev dedi: Bir daha sizə Azərbaycana göstərdiyiniz dəstəyə, mədəniyyətimizin, azad edilmiş bölgələrimizin mədəniyyətinin təşviqinə görə minnətdarlığımı bildirirəm. Bir təşkilat olaraq ICESCO Qarabağa ilk səfərlərdən birini həyata keçirib, siz isə orada olmuş ilk əcnəbi vətəndaşlardansınız. Siz bununla həmrəylik nümayiş etdirdiniz, habelə bu ərazilərdə nələrin dağıdıldığı barədə məlumat verərək səsinizi ucaltdınız. Biz bunu heç zaman unutmayacağıq.
Sizin rəhbərliyinizlə Şuşanın ICESCO tərəfindən İslam Mədəniyyətinin Paytaxtı elan edilməsi qərarı hər bir azərbaycanlını qəlbən fərəhləndirdi. Cıdır düzündə sizin də iştirakınızla keçirilmiş tədbirdə unudulmaz ab-havanın şahidi oldunuz. Bu, xoşbəxtliyin, qürurun və geri dönüşün vəhdəti idi.
Bütün bunları nəzərə alaraq, mən sizin Azərbaycanın yüksək dövlət mükafatı olan “Dostluq” ordeni ilə təltif edilməyiniz haqqında Sərəncam imzaladım. İcazənizlə onu sizə təqdim etmək istəyirəm. Təbrik edirəm.
Səlim bin Məhəmməd əl-Malik dedi: Zati-aliləri, çox təşəkkür edirəm. Mən bu ordeni dərin minnətdarlıq hissi ilə qəbul edirəm. Bu, yalnız şəxsən mənim deyil, mənimlə birlikdə çalışan və fəaliyyətimdə mənə dəstək olan hər kəsin əməyinə verilən qiymətdir. Həmin insanlar biliyin irəliyə aparılması, mədəniyyətin qorunması və sülhün bərqərar edilməsi istiqamətində əllərindən gələni edənlərdir. Mən bu ordeni bir simvol olaraq hər zaman xatırlayacağam və əminəm ki, mənimlə yanaşı, bu ordenlə ailəm, həmkarlarım və dövlətim də fəxr edəcək. Zati-aliləri, bir daha təşəkkür edirəm.
Görüşdə Azərbaycan ilə ICESCO arasında uğurlu əməkdaşlığın qurulduğu vurğulanaraq, bunun gələcəkdə daha da genişlənəcəyinə əminlik bildirildi.






Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri,
Sizi və Azərbaycan xalqını 8 noyabr - Zəfər Günü münasibətilə təbrik edirəm.
Bu hadisə uzun illər davam edən münaqişəyə son qoymağa, regionda sülhü, qarşılıqlı anlaşmanı və sabitliyi...
06 noyabr 2026, 21:00Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Sizi Azərbaycan Respublikasının Zəfər Günü münasibətilə ürəkdən təbrik edirəm.
8 Noyabr 2020-ci il müstəqil Azərbaycanın tarixinə qızıl hərflərlə yazıldı. Vətən müharibəs...
06 noyabr 2026, 20:19Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
8 Noyabr - Zəfər Günü münasibətilə Suriya Türkman Məclisi adından Sizi, qardaş Azərbaycan xalqını səmimiyyətlə təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan şərəf d...
06 noyabr 2026, 20:18Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
Zati-alinizi və Azərbaycan xalqını 8 Noyabr - Zəfər Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Bu əlamətdar gün Azərbaycan xalqının milli iradəsinin, birliyinin və V...
06 noyabr 2026, 20:17
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri.
Zəfər Günü və Dövlət Bayrağı Günü kimi əlamətdar bayramlar münasibətilə "ACWA" şirkəti adından və şəxsən öz adımdan Zati-alinizə, Azərbaycan Respublikasının qardaş xalqına ən səmimi ...
06 noyabr 2026, 13:05
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm cənab Prezident.
8 Noyabr - Zəfər Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırmaqdan, Sizə möhkəm cansağlığı arzulamaqdan böyük məmnunluq duyuruq. Doğma Azərbaycanın Hök...
05 noyabr 2026, 18:27Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu.
Dəyərli qardaşım.
Ölkənizin şanlı bayramı - Zəfər Günü münasibətilə Sizi - əziz qardaşımı və bütün Azərbaycan xalqını səmimi-qəlbdən təbrik etməkdən, ən xoş arzularımı ...
05 noyabr 2026, 18:25