12 sentyabr 2025, 17:30

Allahverdi Cabbarovdan, Ağdam, Azərbaycan

Möhtərəm cənab Prezident,

Sizə Vətənimizin ərazi bütövlüyünün və suverenliyinin bərpası, sosial-iqtisadi inkişafı naminə gördüyünüz məqsədyönlü və misilsiz işlərə görə dərin təşəkkürümü bildirirəm.

İşğaldan azad edilmiş doğma yurdlarımızın, el-obalarımızın bərpasını böyük qürurla seyr edirik və daha xoş gələcəyi ümidlə gözləyirik. Siz xalqımıza qol-qanad vermisiniz.

Mən sadə bir çoban olaraq, dövlətimizin diqqətini hiss edirəm. Sizə möhkəm cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Allahverdi Cabbarov

Azərbaycan Respublikası, Ağdam rayonu, Əliağalı kəndi.