12:12
Zati-müqəddəsləri,
Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı...
08 may 2026, 12:12Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevaya
Zati-aliləri,
Doğum gününüz münasibətilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri adından səmimi təbriklərimizi və ən xoş arzularımızı qəbul etməyinizi xahiş edirik.
Sizin Azərbaycanın mədəni, humanitar və sosial inkişafına qəti sadiqliyiniz uzun müddətdir ki, təkcə xalqınızı deyil, həm də beynəlxalq ictimaiyyəti ruhlandırıb. Mədəniyyətlərarası dialoqun, təhsilin inkişafını, mədəni irsin qorunub saxlanılmasını təbliğ etməklə Siz qlobal tərəqqinin mərkəzində dayanan mərhəmət, ləyaqət və birlik dəyərlərini yüksəltməyə davam edirsiniz.
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Zati-alinizin və cənab Prezident İlham Əliyevin sivilizasiyalararası qarşılıqlı anlaşmanın təşviqində davamlı dəstəyinizi və uzaqgörənliyinizi dərindən qiymətləndirir. Müdrikliyin və humanizmin əbədi simvolu olan Nizami Gəncəvinin irsinə sadiqliyiniz sülhün, dialoqun və sərhədlər boyu əməkdaşlığın möhkəmləndirilməsi istiqamətində birgə səylərimizin təməl daşı olaraq qalır.
Sizin üçün bu əlamətdar gündə misilsiz töhfələrinizə görə Zati-alinizə dərin minnətdarlığımızı bildirir və möhkəm cansağlığı, xoşbəxtlik, bütün işlərinizdə uğurlar arzulayırıq.
Ən yüksək ehtiramımızla,
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri:
Vayra Vike-Freyberqa
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1999-2007-ci illərdə Latviya Respublikasının Prezidenti
İsmail Serageldin
Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, 1992-2000-ci illərdə Dünya Bankının vitse-prezidenti
Mariya Fernanda Espinoza
BMT Baş Assambleyasının 73-cü sessiyasının sədri, 2017-2018-ci illərdə Ekvadorun xarici işlər naziri
Tarya Halonen
2000-2012-ci illərdə Finlandiyanın Prezidenti
Boris Tadiç
2004-2012-ci illərdə Serbiyanın Prezidenti
Rosen Plevneliyev
2012-2017-ci illərdə Bolqarıstanın Prezidenti
İv Leterme
2008, 2009-2011-ci illərdə Belçika Krallığının Baş naziri
Əmr Musa
2001-2011-ci illərdə Ərəb Dövlətləri Liqasının Baş katibi
Zlatko Laqumciya
2001-2002-ci illərdə Bosniya və Herseqovinanın Baş naziri
Petar Stoyanov
1997-2002-ci illərdə Bolqarıstanın Prezidenti
Tzipi Livni
2006-2009-cu illərdə İsrailin xarici işlər naziri
Jan Baderşneyder
“Fortescue Ltd” şirkətinin Direktorlar Şurasının üzvü, “ExxonMobil” şirkətinin sabiq vitse-prezidenti
Filip Vuyanoviç
2003-2018-ci illərdə Monteneqronun Prezidenti
İvo Yosipoviç
2010-2015-ci illərdə Xorvatiyanın Prezidenti
Eka Tkeşelaşvili
2010-2012-ci illərdə Gürcüstanın Baş nazirinin müavini
David Pan
Çinin Tsinxua Universiteti Şvarzman kollecinin baş dekanı
Suzan Elliot
Amerika Xarici Siyasət üzrə Milli Komitəsinin prezidenti və baş icraçı direktoru
Zati-müqəddəsləri,
Tacqoyma Gününüz münasibətilə Sizi və Sizin simanızda bütün həmməzhəblərinizi şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Müqəddəs Taxt-Tac arasında qarşılıqlı...
08 may 2026, 12:12Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “İncəsənət xadimləri üçün Azərbaycan Respublikası Prezidentinin mükafatlarının təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin...
07 may 2026, 16:05Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və “Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 11 iyun tarixli 715...
07 may 2026, 16:04Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, ictimai nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi, xidmətlərin qarşılıqlı inteqrasiyasının və fəaliyyətin əlaqələndirilməsinin...
07 may 2026, 16:03Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində (Azərbaycan...
07 may 2026, 16:02Mayın 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Volodimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Azərbaycan Prezidenti X sosial media hesabında paylaşım edib.
Paylaşımda deyilir: “Bu gün Ukrayna...
06 may 2026, 21:00Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, “İnformasiya,...
06 may 2026, 16:42Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94‑cü maddəsinin I hissəsinin 1-ci, 6-cı və 17-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə...
06 may 2026, 16:41Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 21...
06 may 2026, 16:40Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan...
06 may 2026, 16:39Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
“Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan...
06 may 2026, 16:38Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı, 13-cü və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Dövlət icra məmurları haqqında” Azərbaycan...
06 may 2026, 16:37