Yaponiyanın Baş naziri Zati-aliləri cənab Şinzo Abeyə

27 dekabr 2012, 13:55

Hörmətli cənab Baş nazir,

Yaponiyanın Baş naziri vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan ilə Yaponiya arasında ikitərəfli münasibətlər bu gün yüksələn xətt üzrə inkişaf etməkdədir. Əminəm ki, ənənəvi dostluq əlaqələrimizin daim möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda birgə səylərimiz bundan sonra da ölkələrimizin və xalqlarımızın rifahına xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək Yeni il bayramınızı təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Yaponiya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti