BMT Baş katibinin müavini Vu Hongbodan

26 dekabr 2012, 17:05

VII İnternet İdarəçilik Forumunun uğurla keçirilməsi, həmçinin mənə və mənim heyətimə göstərilən qonaqpərvərliyə görə Sizə və Azərbaycan hökumətinə səmimi minnətdarlığımı bildirmək istərdim. Sizinlə görüşümü yüksək qiymətləndirirəm.

Bu mühüm toplantının keçirilmə yerinin Bakı şəhəri və Bakı Expo Mərkəzinin seçilməsi dörd günlük tədbirin uğurla nəticələnməsi üçün önəmli olmuşdur. Sizə məlum olduğu kimi, tədbirdə 128-dən artıq ölkədən 1600-dən çox yüksək səviyyəli nümayəndə iştirak etmişdir. Tədbir iştirakçıları internet idarəçiliyinin əsas tematik sahələrini, o cümlədən internətə qoşulma və müxtəliflik məsələləri, vacib internet resurslarının idarə olunması, inkişaf üçün internet idarəçiliyi, eləcə də təhlükəsizlik, aşkarlıq, azadlıq və məxfiliklə bağlı məsələləri müzakirə etmişlər.

Forumun təşkilində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin 300-dən artıq peşəkar əməkdaşının dəstəyi və 250-dən artıq yerli gənc könüllünün rolunu xüsusi qeyd etmək istərdim.

Bu, mənim Azərbaycana ilk səfərim idi. Ölkənizin sosial-iqtisadi inkişafı, xüsusən də informasiya və kommunikasiya texnologiyaları və internet sahəsində əldə etdiyiniz inkişaf məndə dərin təəssürat yaratdı. İnanıram ki, bu tərəqqi Azərbaycanın texnoloji transformasiyasına və ölkənizin regionda texnoloji təkanverici rol oynaması işinə öz töhfəsini verəcəkdir.

Aydındır ki, Sizin hökumətinizin İKT sahəsinin inkişaf etdirilməsi və sosial xidmətlərin göstərilməsində internetdən istifadənin genişləndirilməsi işinə sadiqliyi öz müsbət nəticələrini verməkdədir. Eyni zamanda, Sizin rəhbərliyiniz altında Azərbaycan hökumətinin internetdə ifadə azadlığını prioritetlərdən birinə çevirməsini və bununla bağlı çoxlu sayda tədbirlər həyata keçirməsini xüsusi qeyd etmək istəyirəm.

İqtisadi və Sosial Məsələlər Departamenti və daha geniş mənada BMT ictimaiyyəti ölkənizdə sosial-iqtisadi inkişafın gələcəkdə də təşviqi üçün Azərbaycan Respublikasının hökuməti ilə tərəfdaşlığını davam etdirmək və gücləndirmək niyyətindədir.

Zati-aliləri, Sizə dərin ehtiramımı çatdırıram.

Vu Hongbo
BMT Baş katibinin müavini

SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:30
“Bir pəncərə” informasiya sistemi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 15 dekab...

16 noyabr 2026, 13:30
SƏNƏDLƏR Sərəncamlar 16 noyabr 2026
13:28
2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2027-ci ildə növbəti “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı cari işlərin görülməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə ...

16 noyabr 2026, 13:28
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:25
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində dövlət idarəetməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, davamlı inkişafın və ekoloji sabitliyin təmin edilməsi ilə bağlı Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu ərazilərində idarəetmə və n...

16 noyabr 2026, 13:25
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
13:21
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nömrəli Qanununun tətbiqi və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2019-cu il 30 sentyabr tarixli 1669-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 26 noyabr tarixli 863 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 oktyabr tarixli 500-VIIQD nöm...

16 noyabr 2026, 13:21
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
13:20
“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:

“Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Top...

16 noyabr 2026, 13:20
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:09
“Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı il 16 oktyabr tarixli 490-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Azərbaycan Respublikası Dövlət Qulluğu Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2026-cı...

16 noyabr 2026, 12:09
SƏNƏDLƏR Fərmanlar 16 noyabr 2026
12:06
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD nömrəli Qanununun tətbiqi və “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 14 iyul tarixli 988-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 avqust tarixli 2307 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 23 oktyabr tarixli 497-VIIQD n...

16 noyabr 2026, 12:06
SƏNƏDLƏR Qanunlar 16 noyabr 2026
12:05
“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunv...

16 noyabr 2026, 12:05